--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

XİN Rusiyadakı təxribatı qətiyyətlə pisləyib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:52 1046 baxış

Azərbaycan Rusiyanı səfirliyin qonaq evi qarşısındakı insidenti araşdırmağa çağırıb

Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında ölkə əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsinə münasibət bildirib.XİN-dən verilən məlumata görə, avqustun 27-də günorta saatlarında naməlum şəxslər tərəfindən sözügedən ərazidə Azərbaycana qarşı təxribat xarakterli materiallar yerləşdirilib. Nazirlik hadisəni qəbuledilməz hesab edərək qətiyyətlə pisləyib.Xarici İşlər Nazirliyi bu insidentin Azərbaycan-Rusiya münasibətlərində süni gərginlik yaratmağa yönəldiyini və son dövrlərdə Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi ola biləcəyini bildirib.Azərbaycan tərəfi Rusiyanın aidiyyəti qurumlarını hadisəni hərtərəfli araşdırmağa, təxribatın hüquqi qiymətləndirilməsini təmin etməyə və oxşar halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.Nazirlik həmçinin Moskvanın 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəliyinin və əməkdaşlarının təhlükəsizliyini təmin etməsini gözlədiyini vurğulayıb. XİN səfirliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatın qarşısının alınmasının vacibliyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Pakistan arasında hərbi görüş keçirilib

Next Article

Akvakultura təsərrüfatları üçün dövlət rüsumu müəyyənləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Litva XİN rəhbərləri Aİ sədrliyini müzakirə edib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:47 1038 baxış Ceyhun Bayramov və Kestutis Budris Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivlərini nəzərdən keçiriblər Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri […]

İlham Əliyev Qırğızıstana səfərə gedib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:42 1058 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasında dövlət səfərindədir Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə yollanıb.Dövlət başçısının olduğu […]

Azərbaycanın Qazaxıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:27 1050 baxış Əlimirzamin Əskərov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb Elpress.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təqdim edib.Bu […]