--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Vaşinqton Zirvəsindən bir il: Cənubi Qafqazda yeni sülh mərhələsi

Aysel Əlibəyli 08 Avqust 2026 · 09:19 1078 baxış

Elpress.az xəbər verir ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda sülh prosesinin mühüm mərhələlərindən biri kimi yadda qalıb.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin razılaşdırılmış mətni paraflanıb. Daha sonra liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalanıb.Vaşinqtonda əldə olunan razılaşmalarda Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının yaradılması məsələləri xüsusi yer tutub.Zirvə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı baxımından da mühüm siyasi hadisə olub. Tərəflər arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılıq əldə edilib.

Həmçinin ABŞ tərəfindən “907-ci düzəliş”in tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul olunub.Sülh gündəliyində nəqliyyat və kommunikasiyaların açılması məsələsi də mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə TRIPP (“Trump Route for International Peace and Prosperity”) layihəsinin gündəmə gətirilməsi Cənubi Qafqazın nəqliyyat və iqtisadi imkanlarının genişləndirilməsi baxımından diqqət çəkən addımlardan biri olub.Azərbaycan 2022-ci ildə Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürmüşdü. Bu prinsiplər dövlətlərin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, ərazi iddialarından imtina edilməsini, güc tətbiqindən və hədələrdən çəkinməyi, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını, həmçinin nəqliyyat və kommunikasiyaların açılmasını nəzərdə tutur.Vaşinqton görüşü ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni siyasi mərhələnin əsası qoyulub. Razılaşmaların regionda davamlı sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın formalaşmasına xidmət etməsi gözlənilir.

Qeyd edək ki, avqustun 8-də keçirilən Vaşinqton Zirvəsi Azərbaycan diplomatiyasının son illərdəki əsas siyasi hadisələrindən biri kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib

Next Article

Rusiyada gecəyarısı dron hücumu: Neft zavodlarında yanğın baş verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev: İnsan taleləri siyasi şərtləndirmə mövzusu olmamalıdır

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 10:33 1084 baxış İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün dəqiq məlumatların əldə olunması axtarış prosesinin əsas şərtlərindən biri kimi qiymətləndirilir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “İtkin düşmüş […]

İlham Əliyev MDB Kulinariya Festivalı ilə tanış olub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 22:24 1090 baxış Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin Milli Kulinariya Festivalının təqdimatında iştirak edib. Elpress.az xəbər verir ki, dövlət başçısı festival çərçivəsində nümayiş etdirilən milli mətbəx nümunələri ilə […]