--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Səbail rayonunda əməyin mühafizəsinə həsr olunmuş təlim keçirilib

Aysel Əlibəyli 15 İyun 2026 · 17:55 70 baxış

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində Səbail rayonu üzrə tibb müəssisələrində çalışan əməyin mühafizəsindən məsul şəxslər üçün maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təşkili, peşə risklərinin qiymətləndirilməsi və fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib.Bununla yanaşı, ilkin tibbi yardımın göstərilməsi prinsipləri, yanğın təhlükəsizliyi qaydaları, yanğın risklərinin qarşısının alınması üsulları, yanğınsöndürmə vasitələrindən istifadə və təxliyə prosedurları iştirakçıların diqqətinə çatdırılıb.Təlim çərçivəsində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər də keçirilib və iştirakçıların sualları cavablandırılıb. Tədbirin əsas məqsədi tibb müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik mədəniyyətinin daha da gücləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə liderindən Azərbaycana Milli Qurtuluş Günü təbriki

Next Article

ABŞ-İran sazişi: Regionda sülhün başlanğıcı?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-yə səfər planı açıqlandı

Aysel Əlibəyli 18 İyun 2026 · 00:59 70 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Livan rəhbərliyinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. “Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəhbəri Livan prezidenti və […]

Trampdan İrana sərt xəbərdarlıq

Aysel Əlibəyli 21 İyun 2026 · 18:02 106 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranı Livandakı “Hizbullah” hərəkatı ilə bağlı sərt şəkildə xəbərdar edib. Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Tehranın […]