--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Rusiya: Ermənistanla dəmir yolu üzrə əməkdaşlıq davam edir

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:08 1036 baxış

Moskva Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı öhdəliklərini yerinə yetirdiyini açıqlayıb

Elpress.az xəbər verir ki, Rusiya Ermənistanla Cənubi Qafqaz Dəmir Yolu sahəsində əməkdaşlığı əvvəlki qaydada davam etdirir və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin açıqlayıb.Nazir bildirib ki, Ermənistan tərəfindən dəmir yolu ilə bağlı vaxtaşırı müxtəlif bəyanatlar səsləndirilsə də, İrəvan Moskva ilə mövcud əməkdaşlıqdan rəsmi şəkildə imtina etməyib. Onun sözlərinə görə, bu səbəbdən Rusiya tərəfi fəaliyyətini əvvəlki kimi davam etdirir.Nikitin qeyd edib ki, Ermənistan hələlik heç bir rəsmi imtina barədə Rusiyaya məlumat verməyib və Moskva bütün öhdəliklərini icra etməkdə davam edir.Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin Rusiya Dəmir Yollarının törəmə şirkətinin idarə etdiyi dəmir yolu konsessiyasının üçüncü ölkəyə satılmasını istədiyini bildirib. Ermənistanın dəmir yolu sistemi 2008-ci ildə 30 illik müqavilə əsasında Rusiyanın idarəçiliyinə verilib.Paşinyanın sözlərinə görə, konsessiyanın başqa ölkəyə satılması Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyası baxımından yaranan imkanlardan yararlanması üçün əhəmiyyətlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Next Article

İtkin şəxslərlə bağlı 910 insan qalığı ekshumasiya edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əraqçi: Bu məqsədlərə hərbi yolla nail olmaq mümkün deyil

Aysel Əlibəyli 03 İyun 2026 · 21:31 1156 baxış İranın xarici işlər naziri ABŞ-nin regiondakı fəaliyyəti və son hadisələrlə bağlı Tehranın mövqeyini açıqlayıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Seyid Abbas Əraqçi ABŞ dövlət katibi […]

İrlandiya nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub

Elşən 23 Aprel 2026 · 18:48 1108 baxış Toni MakKormakın rəhbərlik etdiyi İrlandiya parlament nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. ELPress.az-ın Yeniçağ.az-a istinadən verdiyi məlumata görə, qonaqlara şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə geniş […]

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Aysel Əlibəyli 28 İyun 2026 · 18:57 1130 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində baş vermiş və 14 nəfərin ölümü ilə nəticələnmiş helikopter qəzası ilə əlaqədar […]