--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edir

Aysel Əlibəyli 18 İyun 2026 · 18:45 1116 baxış

Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışını Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi dəyərləndirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunun və gələcək strateji hədəflərinin konseptual təqdimatı kimi çıxış edir.Onun sözlərinə görə, dövlət başçısının çıxışında Azərbaycanın əldə etdiyi uğurların təhlili ilə yanaşı, ölkənin perspektiv inkişaf gündəliyinə dair mühüm mesajlar yer alıb. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi modelinin yalnız neft və qaz resurslarına əsaslanmadığını, əksinə, bu resurslardan əldə olunan gəlirlərin iqtisadi şaxələndirməyə, nəqliyyat-logistika layihələrinin genişləndirilməsinə və beynəlxalq mövqelərin gücləndirilməsinə yönəldildiyini vurğulayıb.Deputat qeyd edib ki, həyata keçirilən strateji layihələr Azərbaycanın geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və ölkəni Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevirib. Bu yanaşma Azərbaycanın dənizə çıxışı olmamasına baxmayaraq, həmin coğrafi amili üstünlüyə çevirdiyini göstərir.Bildirilib ki, Prezident İlham Əliyevin çıxışında həmçinin regionda formalaşan yeni reallıqlar və Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri xüsusi yer alıb. Bu təşəbbüslər Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiya üçün yeni imkanlar yaradır.Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi siyasət təkcə milli maraqlara deyil, bütövlükdə regionun uzunmüddətli inkişafına xidmət edir və Cənubi Qafqazın gələcək gündəliyini qarşıdurma deyil, sülh və əməkdaşlıq prinsipləri müəyyən edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskva NATO-Ermənistan hərbi təlimlərinə münasibət bildirdi

Next Article

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21–24 dərəcə olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Aysel Əlibəyli 03 İyun 2026 · 10:18 1144 baxış Gürcüstan hökuməti ötən il ərzində regionda sabitliyin möhkəmləndirilməsi və davamlı sülhün təmin olunmasına yönəlmiş balanslı qonşuluq siyasəti həyata keçirdiyini bəyan edib. Elpress.az APA-ya istinadən xəbər verir […]

KİV: Tramp İranla razılaşma barədə qərarsızdır

Aysel Əlibəyli 29 May 2026 · 23:31 1092 baxış ABŞ Prezidenti Donald Trampın ABŞ-İran razılaşması ilə bağlı hələ yekun qərar vermədiyi bildirilir. “The New York Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, Trampın müşavirləri ilə keçirdiyi […]

ABŞ-yə səfər planı açıqlandı

Aysel Əlibəyli 18 İyun 2026 · 00:59 1074 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Livan rəhbərliyinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. “Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəhbəri Livan prezidenti və […]

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:15 1042 baxış Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional proseslər və qarşılıqlı maraq doğuran mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb Azərbaycan və Fransa arasında siyasi […]