--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Polşa səfiri XİN-ə çağırılıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:43 1044 baxış

Azərbaycan TVP World-də yayımlanan süjetə görə Polşaya etiraz edib

Elpress.az xəbər verir ki, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.Görüş zamanı avqustun 26-da Polşanın ictimai yayım qurumu TVP-nin “TVP World” kanalında yayımlanan “Eastern Express” verilişində Azərbaycanla bağlı təqdim olunan material müzakirə edilib. Azərbaycan tərəfi süjetdə ölkəyə və dövlət rəhbərliyinə qarşı qərəzli və qeyri-obyektiv fikirlərin səsləndirilməsinə, həmçinin veriliş aparıcısının təxribat xarakterli davranışına görə kəskin narazılığını bildirib. Bununla bağlı Polşa tərəfinə etiraz notası təqdim olunub.XİN tərəfindən bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etdiyi, eləcə də regionda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində səylərin göstərildiyi bir vaxtda həqiqəti əks etdirməyən məlumatların yayılması narahatlıq doğurur.Azərbaycan tərəfi Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım qurumunda ölkəyə qarşı mənfi məzmunun yayımlanmasını iki dövlət arasındakı tərəfdaşlıq münasibətlərinə uyğun olmayan və əlaqələrə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib.Polşa tərəfi Azərbaycana qarşı bu xarakterli təxribatçı kampaniyaların qarşısının alınması üçün təcili və effektiv tədbirlər görməyə çağırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İstanbulda avtobus qəzaya uğrayıb: 17 yaralı

Next Article

Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ərdoğanın dəvəti əsasında Türkiyəyə səfər etdi.

Aysel Əlibəyli 08 İyun 2026 · 20:22 1104 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriqez ilə görüşüb. Delsi Rodriqez Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edib. Məlumata görə, […]

Ermənistan məhkəməsi TRIPP sazişinə hüquqi qiymət verdi

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:06 1032 baxış Konstitusiya Məhkəməsi Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq sənədinin əsas müddəalarını konstitusiyaya uyğun hesab edib Elpress.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsi ABŞ-la TRIPP layihəsi çərçivəsində […]

Əli Əsədov Şimali Kiprə başsağlığı verib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:11 1034 baxış Azərbaycanın Baş naziri gəmi qəzasında ölənlərlə bağlı Ünal Üstelə başsağlığı məktubu göndərib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətində baş […]