--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ombudsman erməni əsilli şəxslərlə bağlı iddiaları rədd edib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:18 1074 baxış

Səbinə Əliyeva Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə qarşı dini ayrı-seçkilik və işgəncə iddialarını əsassız adlandırıb

Elpress.az xəbər verir ki, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistanda səsləndirilən və Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə və işgəncəyə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.Ombudsman bu ittihamları əsassız və qərəzli qiymətləndirib. Onun sözlərinə görə, etibarlı sübut təqdim edilmədən ağır ittihamların ictimaiyyətə fakt kimi təqdim olunması insan hüquqlarının müdafiəsi prinsiplərinə uyğun deyil.Səbinə Əliyeva dini və etnik mənsubiyyətin cinayət məsuliyyəti ilə əlaqələndirilməsinin yolverilməz olduğunu vurğulayıb. Bildirilib ki, şəxsin məsuliyyətə cəlb olunması onun etnik və ya dini mənsubiyyətinə deyil, törətdiyi əməlin xarakterinə, toplanmış sübutlara və məhkəmənin hüquqi qiymətləndirməsinə əsaslanır.Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən müxtəlif vaxtlarda keçirilən monitorinqlər zamanı Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə görüşlər keçirildiyi, onların tibbi və psixoloji vəziyyətlərinin qiymətləndirildiyi bildirilib. Monitorinqlər zamanı həmin şəxslərin hüquqlarının ayrı-seçkiliyə yol verilmədən təmin olunduğu, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu qeyd edilib.Ombudsman həmçinin insan hüquqları ilə bağlı açıqlamaların siyasi məqsədlərdən uzaq və yoxlanılmış faktlara əsaslanmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, təsdiqlənməmiş məlumatların dini müstəvidə təqdim olunması cəmiyyətlər arasında etimadı zəiflədə və Azərbaycan-Ermənistan sülh prosesinə mənfi təsir göstərə bilər.Səbinə Əliyeva davamlı sülhün təmin olunması üçün qarşıdurma və nifrət ritorikasından çəkinməyin, obyektiv və məsuliyyətli yanaşmanın vacib olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Next Article

Rusiyadan Ermənistana Azərbaycandan tranzit yüklər göndəriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Məclis Azərbaycana qarşı hibrid hücumlarla bağlı bəyanat yayıb

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 11:23 1130 baxış Azərbaycana qarşı dini-ideoloji təxribatların, kiberhücumların və əlaqələndirilmiş informasiya əməliyyatlarının intensivləşdiyi bildirilib. Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti […]

Əraqçi: Azərbaycan, Rusiya və İran birgə layihələr barədə razılaşıb

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 23:29 1086 baxış Azərbaycan, Rusiya və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni razılaşmalar əldə olunub. Birgə layihələr Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində liderlərin görüşündə müzakirə edilib. Elpress.az xəbər […]

İlham Əliyev bir sıra məhkəmələrə yeni hakimlər təyin edib

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 12:58 1072 baxış Azərbaycanda birinci instansiya məhkəmələrinin hakim heyətində dəyişiklik edilib. Yeni təyinatlar ağır cinayətlər, inzibati, kommersiya, hərbi və rayon (şəhər) məhkəmələrini əhatə edir. Elpress.az xəbər verir ki, Prezident […]