--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:48 1106 baxış

Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş baş tutub.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Medianın İnkişafı Agentliyində (MEDİA) beynəlxalq media əməkdaşlığının inkişafı və qlobal informasiya mühitində qarşıya çıxan yeni çağırışlar müzakirə olunub. Görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami iştirak ediblər.Görüş zamanı Əhməd İsmayılov sürətlə dəyişən informasiya məkanında media qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, müasir dövrdə saxta xəbərlərin və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizə aparmaq üçün təcrübə mübadiləsinin gücləndirilməsi, media savadlılığının artırılması və rəqəmsal bacarıqların inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.MEDİA-nın İcraçı direktoru həmçinin dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinin qarşısının alınması istiqamətində media təşkilatlarının birgə fəaliyyətinin vacibliyini vurğulayıb.Məhəmməd Əl-Yami isə rəqəmsal transformasiya dövründə yeni texnologiyaların, xüsusilə süni intellekt imkanlarının media sahəsində düzgün, məsuliyyətli və şəffaf şəkildə tətbiq edilməsinin önəmini qeyd edib. O bildirib ki, xəbərlərin hazırlanması, yoxlanılması və idarə olunması prosesində texnoloji yeniliklər jurnalistikanın peşəkar prinsipləri və etik normaları ilə uzlaşdırılmalıdır.Görüşdə media savadlılığının artırılması, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, innovativ həllərin tətbiqi və gələcək əməkdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin və beynəlxalq təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran və Rusiya XİN rəhbərləri mühüm məsələləri müzakirə etdi

Next Article

65 yaşlı həkimlərlə bağlı qərarda dəyişiklik gündəmdə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 1050 baxış Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər […]

XİN-dən CNN-ə rəsmi cavab: İddialar əsassızdır

Aysel Əlibəyli 05 İyun 2026 · 15:02 1140 baxış 5 iyun tarixində CNN World xəbər kanalının rəsmi internet səhifəsində yayımlanan məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat xarakterli əməliyyatlar üçün istifadə edilməsi, […]

Şuşa Bəyannaməsi qardaşlığın sarsılmaz simvoludur

Aysel Əlibəyli 15 İyun 2026 · 15:27 1076 baxış 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni […]

Qvineyada “ASAN xidmət” əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:24 1026 baxış Qvineyada “ASAN xidmət” modelinin tətbiqi istiqamətində yeni addımlar atılıb Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti […]