--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Hakan Fidan Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişdən danışdı

Aysel Əlibəyli 16 İyun 2026 · 15:32 110 baxış

Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları və əldə olunan nəticələri müsbət qiymətləndirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında davam edən sülh və normallaşma prosesində əldə edilən irəliləyişləri müsbət dəyərləndirib. O, bu barədə rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransı zamanı açıqlama verib.Nazirin sözlərinə görə, regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan konkret addımlar artıq əldə olunmuş razılaşmaların və formalaşan sabitliyin praktik şəkildə özünü göstərməsinə imkan yaradır. Fidan bildirib ki, Azərbaycan və Ermənistan arasında davamlı və hərtərəfli sülhün təmin olunması bütün Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır.Hakan Fidan vurğulayıb ki, uzunmüddətli sülh və sabitlik bölgədə yeni əməkdaşlıq imkanlarının yaranmasına, iqtisadi və siyasi əlaqələrin inkişafına mühüm töhfə verə bilər.Türkiyəli nazir həmçinin “3+3” regional əməkdaşlıq platforması çərçivəsində keçirilən görüşlərin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bu format region ölkələri arasında dialoqun gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından vacib mexanizmlərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah”ın sabiq futbolçusu Azərbaycana dönüş qapısını açıq saxlayır

Next Article

“Reuters”: Amerikalıların böyük qismi ABŞ-nin gələcəyinə şübhə ilə yanaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət edib

Aysel Əlibəyli 13 İyul 2026 · 11:42 24 baxış ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə xüsusi qonaq qismində dəvət edib. Elpress.az xəbər verir ki, Bu barədə Qırğızıstanın ABŞ-dakı […]

Latviya Prezidenti İlham Əliyevi Riqaya səfərə dəvət edib

Elşən 23 Aprel 2026 · 09:23 72 baxış Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevi Latviyaya səfərə dəvət edib. O, Bakıda keçirilən birgə bəyanatda bildirib ki, tərəflər artıq bir neçə dəfə görüşüblər — həm […]

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Aysel Əlibəyli 28 İyun 2026 · 15:10 60 baxış Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynaya səfərə yollanacaqlar. Elpress.az xəbər verir ki, […]