--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Gürcüstanın Baş naziri: Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz

Aysel Əlibəyli 11 Avqust 2026 · 15:05 1042 baxış

İrakli Kobaxidze: Ərazilərin “müstəqilliyi” tanındığı müddətcə Rusiya ilə diplomatik əlaqələr bərpa olunmayacaq

Elpress.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın “müstəqillik”lərinin tanınması faktı qaldığı müddətcə iki ölkə arasında diplomatik münasibətlərin bərpası mümkün deyil. Baş nazir ölkənin əsas xarici siyasət prioritetlərindən birinin münaqişənin sülh yolu ilə həlli olduğunu vurğulayıb. Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsib. Rusiya XİN isə münasibətləri bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Kədərli” baxışları ilə tanınan 13 yaşlı Panço adlı pişik sosial şəbəkələrdə diqqət çəkir

Next Article

Luis Suares 39 yaşında Uruqvay millisinə qayıda bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İstanbula yeni baş konsul təyin edildi

Aysel Əlibəyli 27 İyul 2026 · 18:41 1064 baxış Zamin Əliyev Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə təyin olunub Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Zamin Əliyev Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu […]

Xarici diplomatlar Xankəndidə “AzCotton” fabrikində olublar

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 16:05 1028 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağa səfəri davam edir. Səfər proqramına uyğun olaraq xarici diplomatlar Xankəndidə yerləşən “AzCotton” MMC-nin tikiş fabrikinə […]