--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan və Özbəkistan vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:10 1038 baxış

Alimlər mineral xammal və sənaye tullantılarından vanadiumun çıxarılması üsullarını araşdırırlar

Elpress.az xəbər verir ki, Azərbaycan və Özbəkistan alimləri vanadium-titan tərkibli xammaldan və texnogen tullantılardan vanadiumun çıxarılması üçün yeni texnologiya hazırlayırlar.Birgə tədqiqat Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunun həyata keçirdiyi layihələr çərçivəsində aparılır. “Vanadiumun titanmaqnetit filizi və texnogen tullantılarından çıxarılmasının kompleks emal metodlarının işlənib hazırlanması” adlı layihədə Azərbaycanın Acınohur və Özbəkistanın Təbinbulaq yataqlarından əldə olunan mineral xammal və konsentratların emalı nəzərdə tutulur.Tədqiqat zamanı maqnit separasiyası, qələvi və soda ilə emal, hidrometallurgiya və ekstraksiya üsullarının birgə tətbiqi planlaşdırılır. Həmçinin metallurgiya şlakları və sənaye tozları kimi texnogen tullantılardan qiymətli komponentlərin əldə edilməsi imkanları araşdırılacaq.Layihə çərçivəsində xammalın emal proseslərinin xüsusiyyətləri öyrəniləcək, optimal texnoloji parametrlər müəyyənləşdiriləcək və laboratoriya tədqiqatlarından yarımsənaye miqyasına keçid üçün texnoloji sxem hazırlanacaq.Gələcəkdə əldə olunacaq nəticələrin vanadium oksidi, titan oksidi və vanadium-titan əsaslı materialların istehsalında tətbiqi imkanlarının qiymətləndirilməsi planlaşdırılır. Layihənin nəticələri əsasında beynəlxalq elmi jurnallarda məqalələrin dərc edilməsi və yeni texnoloji həllərin patentləşdirilməsi də nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nepal-Çin sərhədində daşqın: ölənlərin sayı 31-ə çatıb

Next Article

Şamaxıda tənha analara dəstək layihəsi davam etdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Media və Yayım Şurasına yeni sədr və üzvlər təyin edildi

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 14:30 1022 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Media və Yayım Şurasının sədr və üzvlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Media […]