--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan və NATO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 18:12 1016 baxış

Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.


Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.
Müzakirələr ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov ilə NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması bölməsinin rəhbəri Eirini Lemos-Maniatinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Görüşdə humanitar minatəmizləmə sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, beynəlxalq tərəfdaşların dəstəyi, eləcə də Sülh və Təhlükəsizlik naminə Elm (SPS) Proqramı çərçivəsində innovativ minatəmizləmə metodlarının tətbiqi müzakirə edilib.
Tərəflər yeni nəsil texnologiyaların minatəmizləmə fəaliyyətində tətbiqi və Azərbaycanın SPS Proqramı çərçivəsində digər cari və gələcək layihələrdə iştirakı barədə fikir mübadiləsi aparıblar.
Samir Poladov minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına ciddi maneə yaratdığını, bərpa və yenidənqurma proseslərini ləngitdiyini və humanitar, iqtisadi və ekoloji fəsadlara səbəb olduğunu vurğulayıb.
Görüş zamanı NATO nümayəndə heyətinə ANAMA-nın fəaliyyəti, Göygöl Təlim Mərkəzi və Agentliyin beynəlxalq tərəfdaşlıqları barədə də məlumat verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADY dəmir yolu xətlərini xüsusi diaqnostika qatarı ilə yoxlayır

Next Article

Birinci xanımlar Bişkekdə Qırğızıstanın mədəni irsi ilə tanış olublar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və “John Deere” əməkdaşlığı müzakirə olunub

Aysel Əlibəyli 16 İyul 2026 · 13:31 1060 baxış İlham Əliyev “John Deere” şirkəti ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” […]