--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:45 1038 baxış

Bakının və Minskın strateji tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Elpress.az xəbər verir ki, Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Avqustun 28-də Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Belarusda səfərdə olub. Səfər çərçivəsində o, Belarusun xarici işlər naziri Maksim Rıjenkovla görüş keçirib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər nəzərdən keçirilib və əlaqələrin inkişafında dövlət başçılarının rolunun əhəmiyyəti vurğulanıb.Daha sonra Azərbaycan və Belarus XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Görüşlərə Azərbaycan tərəfindən Samir Şərifov, Belarus tərəfindən isə xarici işlər nazirinin müavini Pavel Utyupin rəhbərlik edib.Məsləhətləşmələr zamanı iki ölkə arasındakı siyasi dialoqun müsbət inkişaf etdiyi qeyd olunub. Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyəti və siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlığın genişləndirilməsindəki rolu diqqətə çatdırılıb.Tərəflər əvvəl əldə edilmiş razılaşmaların icra vəziyyətini, eləcə də ticarət-iqtisadi əlaqələr, energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın mövcud durumunu və gələcək imkanlarını müzakirə ediblər.Görüşdə regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri də nəzərdən keçirilib. Bundan başqa, tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional mövzular üzrə fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Polşa səfiri XİN-ə çağırılıb

Next Article

Rusiya Macarıstana neft və qaz ixracını dayandıra bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın türk dünyasında artan rolu diqqət çəkib

Aysel Əlibəyli 24 Avqust 2026 · 21:05 1044 baxış Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsinin Azərbaycanın regional siyasətində mühüm yer tutduğu vurğulanıb Elpress.az xəbər verir ki, Azərbaycanın son illərdə Türk Dövlətləri ilə siyasi və diplomatik əlaqələrini […]