--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rusiya Macarıstana neft və qaz ixracını dayandıra bilər

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:48 1052 baxış

Rusiyalı deputat Budapeştin mövqeyindən sonra enerji tədarükünün risk altına düşə biləcəyini deyib

Elpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Macarıstanın Moskva ilə bağlı dəyişən mövqeyinin iki ölkə arasındakı enerji əməkdaşlığına təsir göstərə biləcəyini bildirib.Kolesnik “Gazeta.ru”ya açıqlamasında Budapeştin Rusiyanı təhlükə kimi qiymətləndirməsindən sonra Macarıstana neft və qaz tədarükünün gələcək taleyinin sual altında qala biləcəyini deyib. Onun sözlərinə görə, Macarıstanın mövqeyinin formalaşmasında Brüsselin təsiri var.Rusiyalı deputatın bu açıqlaması Macarıstan hökumətinin xarici siyasət istiqamətində dəyişiklik barədə bəyanatından sonra səslənib. Budapeştin BMT Baş Assambleyasının 81-ci sessiyası ərəfəsində hazırladığı sənəddə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü pislənilir, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur. Sənəddə Rusiyanın Macarıstan, Avropa və beynəlxalq təhlükəsizlik üçün risk yaratdığı bildirilib.Bununla yanaşı, Kolesnikin açıqlamasının Rusiyanın Macarıstana enerji ixracını dayandırmaqla bağlı qəbul etdiyi rəsmi qərar olmadığı vurğulanır. Macarıstan hələ də Rusiya enerji resurslarından əhəmiyyətli dərəcədə asılıdır. Bu səbəbdən mümkün neft və qaz tədarükü məhdudiyyətlərinin ölkənin enerji təminatına ciddi təsir göstərə biləcəyi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparıb

Next Article

ABŞ İsrailə İrana zərbə endirməməsi barədə xəbərdarlıq edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran Ukraynaya etiraz etdi: Tehrandakı diplomat XİN-ə çağırıldı

Aysel Əlibəyli 26 İyul 2026 · 02:04 1074 baxış İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək Xəzər dənizində baş verdiyi iddia olunan insidentlə bağlı rəsmi etirazını çatdırıb. Elpress.az xəbər verir […]

Mərakeşdən Avropaya kütləvi miqrant axını

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:06 1066 baxış Mərakeş İspaniya anklavlarına qanunsuz miqrasiya kəskin artmasının səbəblərini açıqladı Elpress.az xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi ölkədən İspaniyaya məxsus Seuta və Melilya anklavlarına qeyri-qanuni miqrant […]

Fransada əmanətlərə vergi təklifi siyasi gərginlik yaradıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:07 1058 baxış Hökumət yeni vergi ilə bağlı sənədin qərar olmadığını açıqlayıb, məlumat sızması araşdırılır Elpress.az xəbər verir ki, Fransada 2027-ci il Sosial Təminat Büdcəsinin hazırlanması çərçivəsində əməkdaşların topladığı […]