--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1026 baxış

Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib.

Elpress.az xəbər verir ki, toplantıda Azərbaycanın “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” devizi ilə həyata keçirdiyi sədrlik fəaliyyəti çərçivəsində üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.

İclas zamanı AQEM-in beynəlxalq təşkilata çevrilməsi prosesi, bu məqsədlə hazırlanan Nizamnamə layihəsi üzrə aparılan danışıqlar və əldə olunan irəliləyişlər barədə iştirakçılara məlumat verilib, üzv dövlətlərin mövqeləri ətrafında müzakirələr aparılıb.

Görüşdə, həmçinin cari ilin sonunda Bakıda keçiriləcək AQEM Zirvə Görüşünə hazırlıq məsələləri və sammitin yekun sənədləri ilə bağlı ilkin fikir mübadiləsi baş tutub.

Bununla yanaşı, Katibliyin strukturunun təkmilləşdirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də təşkilatın müxtəlif əməkdaşlıq istiqamətləri üzrə konseptual sənədlər də müzakirə edilib.

İclasda AQEM-in institusional inkişafı, bu sahədə irəli sürülən təşəbbüslər və gələcək fəaliyyət istiqamətləri də diqqət mərkəzində olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ərbildə güclü partlayışlar: Hava hücumundan müdafiə sistemləri işə düşdü

Next Article

Qlobal bazarlarda qarışıq dinamika

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentin Almaniya səfərinin əhəmiyyəti açıqlanıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:34 1024 baxış Media eksperti Müşfiq Ələsgərli Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib. Elpress.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, […]

ABŞ-İran sazişi: Regionda sülhün başlanğıcı?

Aysel Əlibəyli 15 İyun 2026 · 18:04 1082 baxış ABŞ və İran arasında mümkün razılaşma Yaxın Şərqin təhlükəsizlik sisteminə və qlobal enerji bazarlarına təsir göstərə biləcək mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Analitiklərin fikrincə, proses üç […]

Bakıda İƏT Parlament İttifaqının sessiyası keçiriləcək

Aysel Əlibəyli 18 İyun 2026 · 16:56 1110 baxış İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzv parlamentlərinin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq. Tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, 10-dan çox ölkə […]