--:--:-- | 18 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Pediatr: “Xəstəliklərin qarşısını almaq müalicədən daha vacibdir”

Aysel Əlibəyli 17 İyun 2026 · 19:50 716 baxış

ELPRESS.AZ-ın əməkdaşı Aysel Əlibəylinin Tibb İşçilərinin Peşə Bayramı münasibətilə 5 nömrəli Uşaq Poliklinikasının pediatrı Məhsəti Nəcəfova ilə müsahibəsi.

Bu gün Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı qeyd olunur. İnsan sağlamlığının keşiyində dayanan həkimlər, xüsusilə uşaqların sağlam böyüməsində mühüm rol oynayan pediatrlar cəmiyyətin ən vacib simalarından hesab edilir.

Tibb İşçilərinin Peşə Bayramı münasibətilə 5 nömrəli Uşaq Poliklinikasının pediatrı Məhsəti Nəcəfova ilə həmsöhbət olaraq, uşaq sağlamlığı ilə bağlı aktual mövzular ətrafında fikir mübadiləsi apardıq. Pediatr son dövrlərdə uşaqlar arasında müşahidə olunan xəstəliklər, onların profilaktikası və valideynlərin diqqət etməli olduqları məqamlarla bağlı suallarımızı cavablandırdı.

– İlk növbədə sizi və timsalınızda bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edirik. Həkimlik peşəsi sizin üçün nə ifadə edir?

Pediatr: Həkimlik-Allahdan bəxş olunan bir peşədir.Həkim pediatr olmaq- tək özün deyilsən sənə ehtiyacı olan uşaqların dünyasına daxil olursan onların sağlamlığının keşiyində durmaq yalnız onları ürekden sevdikdə və öz biliklərini daima inkişaf etdirməklə doğru düzgün və vaxtında yanaşmaqla həyata keçə bilər

– Hazırda uşaqlar arasında ən çox hansı xəstəliklərə rast gəlinir?

Pediatr: Hazırda uşaqlar arasında KRVİ,Rotavirus,Su çiçəyi,Epid parotit,nadirən də olsa peyvənd almayan uşaqlarda qızılca xəstəliyinə daha çox təsadüf olunur

– Son həftələr ərzində virus infeksiyaları ilə bağlı müraciətlərdə artım müşahidə olunurmu?

Pediatr: Bəli müraciətlər olur və az da deyil.

– Valideynlər virus infeksiyasını adi soyuqdəymədən necə fərqləndirə bilər?

Pediatr: Həm oxşar həm də fərqli xüsusiyyətləri var.Hər ikisində də burun axması öskürək,boğaz ağrısı əzginlik olur.Fərqi virus infeksiyalarında hərarət daha yüksək 38 üstü,əzələ ağrıları qusma bəzən qıcolmalar da müşahidə ola bilir.

Yay mövsümündə uşaqlar arasında hansı xəstəliklərin yayılma riski daha yüksək olur?

Pediatr: Daha çox Kəskin bağırsaq infeksiyaları,Rotavirus,Enterovirus infeksiyaları,qida zəhərlənmələri,günvurma,Günəş yanığı,həşərat dişləməsi və s.

-Qida zəhərlənmələrinin qarşısını almaq üçün valideynlər nələrə diqqət etməlidirlər?

Pediatr: Qidalandırmazdan əvvəl əllər təmiz yuyulmalı,qidalar yaxşı bişirilməli,tez xarab olan qidalar soyuducu şəraitində saxlanmalı,meyvə-tərəvəz və göyərtilər yaxşı yuyulmalı və sirkəli suda saxlanılmalıdı,qidanın dadı və qoxusu dəyişibsə dərhal atılmalıdı.Küçələrdə günəşin altında qalan qida məhsulları da risqli məhsul kimi diqqətdə olmalıdı.

Uşaqlarda yüksək hərarət hansı hallarda təhlükəli sayılır?

Pediatr: Əgər hərarət 39,5-40 dərəcə üstüdürsə,3 aydan kiçik uşaqdırsa,qıcolma ,nəfəsalma çətinliyi varsa,ətraflar sianotikdirsə ,uşaq həddən artıq halsızdırsa hərarət təhlükəli hesab olunmalıdır.

Peyvəndlərin uşaqların sağlamlığının qorunmasında rolu nə qədər vacibdir?

Pediatr: Son illərdə bir sıra ağır infeksion xəstəliklərin azalması və yoxa çıxmasının məhz peyvəndlərin sayəsində olması inkarolunmazdır.Peyvəndlər sayəsində cəmiyyətdə kollektiv immunitet yaranır.Amma təəsüfki,hələ də aramızda əsassız məlumatlara inanan bə peyvəndlərdən imtina edən valideylərə rast gəlirik.

İmmuniteti gücləndirmək üçün valideynlərə hansı tövsiyələri verərdiniz?

Pediatr: İmmuniteti gücləndirəcək deyən elə bir dərman vasitəsi yoxdur.Aktiv fiziki hərəkət,düzgün qidalanma,normal yuxu rejimi,peyvəndləri vaxtında vurdurmaq,stressdən uzaq olmaq,VitD ni normada saxlamaq və s. İmmuniteti gücləndirə biləcək əsas amillərsir.

Yay aylarında uşaqların qidalanmasında hansı qaydalara əməl edilməlidir?

Pediatr: Yayda bol meyvə-tərəvəz yemək,bol maye(əsasən su)tez xarab olan məhsulları düzgün saxlama qaydalarına riayət etmək,yağlı və ədviyatlı qidalardan uzaq durmaq,qazlı və energetik içkilərsən uzaq durmaq məsləhət görərdim.

Valideynlərə uşaqların sağlamlığını qorumaq üçün hansı ümumi məsləhətləri verərdiniz?

Pediatr:

Məsləhət görərdimki ilk növbədə övladlarına peyvənd etdirməkdən qorxmasınlar əks təqdirsə onları böyük risq altına qoymuş ola bilərlər.Gün ərzində ən azı 2 saat təmiz havada olmalarına şərait yaratsınlar,fiziki aktivliyi gücləndirmək,yuxu rejiminə diqqət etmək,düzgün və sağlam qidalanmalarına nəzarət etməklə övladlarının sağlam həyat tərzinə dəstək olsunlar bizim əziz valideyinlərimiz.

Müsahibənin sonunda pediatr Məhsəti Nəcəfova həmkarlarına peşə fəaliyyətlərində uğurlar arzulayıb, valideynləri isə uşaqların sağlamlığının qorunmasında həkim tövsiyələrinə əməl etməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xocalıda baramaçılıq təsərrüfatına baxış keçirildi

Next Article

Merzdən İsrailə çağırış

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağcabədidə kanaldan 40 yaşlı qadına məxsus meyit aşkar edilib.

Aysel Əlibəyli 30 May 2026 · 18:43 126 baxış Ağcabədi rayonunda kanaldan bir qadına məxsus meyit tapılıb. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Hadisə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş […]

Aİ deportasiya mərkəzləri ilə bağlı razılığa gəldi

Aysel Əlibəyli 02 İyun 2026 · 00:18 78 baxış Avropa İttifaqı deportasiya proseslərini sürətləndirmək məqsədilə üçüncü ölkələrdə xüsusi deportasiya mərkəzlərinin yaradılması və sığınacaq qaydalarının sərtləşdirilməsi ilə bağlı razılıq əldə edib. Elpress.az-ın Almaniya mediasına istinadən verdiyi […]