--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

27 illik həyat yoldaşından duyğusal vida: Kadir İnanır dəfn edildi

Aysel Əlibəyli 28 İyun 2026 · 18:02 1054 baxış

Elpress.az xəbər verir ki, Türk kinosunun unudulmaz simalarından olan Kadir İnanır təşkil olunan vida mərasimi ilə son mənzilə yola salınıb.

Mərasimdə sənət, siyasət və ictimaiyyət nümayəndələri, eləcə də aktyorun yaxınları iştirak ediblər. İştirakçılar Türk kinosuna uzun illər ərzində dəyərli töhfələr vermiş sənətkarla vidalaşaraq onun xatirəsini ehtiramla anıblar.

Vida mərasimində çıxış edən aktyorun 27 illik həyat yoldaşı Jülide Kural duyğusal anlar yaşayıb. O, Kadir İnanırın yalnız böyük sənətkar deyil, həm də dəyərli insan, sadiq dost və həyat yoldaşı olduğunu bildirib.

Jülide Kural çıxışında uzun illər birlikdə yaşadıqları xatirələrdən danışaraq, məşhur aktyorun yoxluğunun onun üçün böyük itki olduğunu vurğulayıb.

Qeyd edək ki, Kadir İnanır Türk kinosunun ən tanınmış və sevilən aktyorlarından biri kimi yüzlərlə ekran əsərində yaddaqalan obrazlar yaradıb və uzun illər Türkiyə mədəniyyətinin simvol isimlərindən biri hesab olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bir ailənin üzvləri qəzaya düşdü: Lerikdə maşın dərəyə yuvarlandı

Next Article

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əfsanəvi qorxu filmi yenidən çəkilir

Aysel Əlibəyli 15 İyul 2026 · 18:30 1020 baxış Paramount Pictures “Qarağac küçəsində kabus” filminin yeni ekran versiyasını hazırlayır Elpress.az xəbər verir ki , Məşhur qorxu filmi seriyası “Qarağac küçəsində kabus” yenidən böyük ekranlara qayıtmağa […]

Rza baba və komandası üçün şok sonluq: “Şəhid oldular”

Aysel Əlibəyli 06 İyun 2026 · 11:10 1076 baxış Türkiyədə uzun illərdir yayımlanan “Arka Sokaklar” serialının 751-ci bölümü emosional səhnələrlə yadda qalıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mövsüm finalında serialın əsas qəhrəmanları olan polis […]

Dua Lipa toy fotolarını paylaşdı

Aysel Əlibəyli 20 İyun 2026 · 20:08 1046 baxış Dünyaşöhrətli müğənni Dua Lipa aktyor Callum Turnerlə baş tutan dəbdəbəli toyundan fotolarını paylaşıb. Dünyaşöhrətli müğənni və aktrisa Dua Lipa aktyor Callum Turnerlə baş tutan toy mərasimindən […]

Məşhur komediyaçıdan sürpriz evlilik xəbəri

Aysel Əlibəyli 06 İyun 2026 · 13:26 1132 baxış Türkiyəli məşhur komediyaçı evlilik xəbəri ilə gündəmə gəlib. Elpress.az xəbər verir ki, “Konuşanlar” proqramı ilə tanınan Hasan Can Kaya uzun müddətdir münasibətdə olduğu Duyğu Karabaş ilə […]