Azərbaycan və alman xalqlarının iki əsrlik birgəyaşayış tarixindən bəhs edən “Counterpoint” sənədli filmi diqqətə çatdırılıb.
Elpress.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ekran əsəri ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
Filmdə Almaniyanın Baden-Vürtemberq bölgəsindən Azərbaycana köçən şvab ailələrinin tarixi, onların yerli əhali ilə birgə formalaşdırdığı icmalar və mədəni ənənələr əks olunur. Müxtəlif dini və dil xüsusiyyətlərini qoruyaraq yaşayan bu icmaların taleyinə sovet repressiyaları, deportasiyalar və müharibənin təsiri də araşdırılır.
Köçkünlərin nəsillərinin, tarixçilərin və diplomatların xatirələri əsasında hazırlanan sənədli film iki xalq arasında formalaşmış tarixi əlaqələri, bu günədək qorunan mədəni irsi və kollektiv yaddaşı ön plana çıxarır.


