--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Aysel Əlibəyli 01 Avqust 2026 · 09:29 1016 baxış

Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

Elpress.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. O, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb, daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu və Ali Ədəbiyyat Kurslarını bitirib.Əmək fəaliyyətinə müxtəlif mətbuat orqanlarında başlayan şair uzun illər “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. O, həmçinin Azərbaycan Ali Sovetinin deputatı, mətbuat və informasiya nazirinin birinci müavini, Azərbaycan Ədəbiyyat Fondunun İdarə Heyətinin sədri və Milli Aviasiya Akademiyasında Humanitar fənlər kafedrasının müdiri kimi fəaliyyət göstərib.

Nəriman Həsənzadə Azərbaycan poeziyasına və dramaturgiyasına dəyərli töhfələr verib. Onun “Könlüm şeir istəyir”, “Yadına düşəcəyəm”, “Nabat xalanın çörəyi”, “Bir az möhlət istəyirəm ömürdən”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və digər əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Əsərləri bir çox xarici dillərə tərcümə olunub, pyesləri isə müxtəlif teatr səhnələrində uğurla nümayiş etdirilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Nəriman Həsənzadə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, eləcə də “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, həmçinin Heydər Əliyev Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Port Baku” yaşayış kompleksində baş verən yanğın söndürüldü

Next Article

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ADMİU beynəlxalq əməkdaşlığını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:25 1032 baxış Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq mübadilə və innovasiya proqramlarını yeni mərhələyə keçirir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) beynəlxalq akademik əlaqələrin […]

İan Peart vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:46 1030 baxış Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfələr vermiş İan Peart dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması istiqamətində uzun illər fəaliyyət göstərən İan Peart […]

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1152 baxış Dövlət qurumları ilə ictimai təşkilatların birgə həyata keçirdiyi layihələr eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına, onların sosial həyatda daha fəal iştirakına və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə mühüm töhfə […]

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 1134 baxış Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri […]