--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Şahmaran” əfsanəsi səhnədə canlanacaq – Premyera tarixləri açıqlanıb

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 22:05 1054 baxış

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Elpress.az xəbər verir ki, rok-müzikl janrında hazırlanan səhnə əsərinin premyerası oktyabrın 3-ü və 4-də keçiriləcək.Tamaşanın libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı isə Əməkdar artist Vüqar Camalzadədir. Əsərdə müdriklik, məhəbbət və əbədi həyatla əlaqələndirilən Şahmaranın dünyaya qayıdışı və insanlığın əməlləri qarşısında verdiyi hökm əsas süjet xəttini təşkil edir.Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterləri Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq rəssamı Rafael Vaqifoğlu, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti isə Elməddin Dadaşovdur.Tamaşanın plastik həlli Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyev tərəfindən hazırlanıb.Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Aydan Həsənova, Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Hüseyn Əlili və Murad Fərzəliyev rol alırlar. Tamaşada teatrın xor və balet truppaları da iştirak edəcək.

Qeyd edək ki, rok-müzikl formatında təqdim olunan tamaşada səslənən mahnıların sözləri Şərqin böyük mütəfəkkir şairi Ömər Xəyyama məxsusdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Next Article

Bakının bu ərazilərində su olmayacaq – Sakinlərə xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“44” filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:51 1040 baxış “44” bədii filminin ilk nümayişi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək Elpress.az xəbər verir ki, “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub. Filmin ilk nümayişi […]

Suraxanı gimnaziyasına çoxdilli kitabxana hədiyyə edilib

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:37 1044 baxış Neft şirkəti məktəbə altı dildə 300-dən çox Azərbaycan və dünya klassikinin əsərlərini təqdim edib Elpress.az xəbər verir ki, Yeni tədris ili münasibətilə “Surakhani Oil” hasilat şirkəti […]

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1140 baxış Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır. […]