--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Pulsuz təhsil anlayışı nisbi məsələdir” – Nazir

Aysel Əlibəyli 24 İyun 2026 · 17:55 1116 baxış

Elpress.az xəbər verir ki, Emin Amrullayev ali təhsilin maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Nazir bildirib ki, dünyanın heç bir ölkəsində təhsil tam mənada pulsuz deyil və bir çox inkişaf etmiş ölkələrdə ali təhsilin xərcləri dövlət tərəfindən qarşılanır. Onun sözlərinə görə, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün kifayət qədər maliyyə vəsaiti və investisiya tələb olunur.

Emin Amrullayev Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin başqa ərazilərə köçürülməsinin gündəmdə olmadığını bildirib.Nazirin sözlərinə görə, əsas məqsəd paytaxt universitetlərində təhsil alan tələbələrin sayının tədricən optimallaşdırılması və ali təhsil sistemində daha balanslı bölgünün formalaşdırılmasıdır.

O qeyd edib ki, bölgə universitetlərinin inkişafı, təhsil infrastrukturunun gücləndirilməsi və regionlarda təhsil imkanlarının genişləndirilməsi bu istiqamətdə prioritet məsələlərdən biridir, vurğulayıb ki, ali təhsil sistemində həyata keçiriləcək dəyişikliklər təhsilin keyfiyyətinin artırılmasına və mövcud resurslardan daha səmərəli istifadəyə xidmət edəcək.

Emin Əmrullayev qeyd edib ki, Azərbaycanda hər il on minlərlə tələbə dövlət sifarişi əsasında təhsil alır və onların xərcləri dövlət tərəfindən ödənilir. Bununla yanaşı, ali təhsilə yüksək tələbat səbəbindən ödənişli təhsil modeli də tətbiq edilir.Nazir vurğulayıb ki, bəzi ixtisaslar üzrə mövcud təhsil haqları qlobal rəqabətə davamlı və yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün kifayət etmir. O, təhsilin keyfiyyətinin artırılması üçün maliyyələşmənin vacib amillərdən biri olduğunu bildirib həmçinin vətəndaşları yalnız ali təhsil deyil, keyfiyyətli peşə təhsili imkanlarını da dəyərləndirməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Yeraltı” layihəsində ayrılıq yaşandı

Next Article

Gəmilər Hörmüz boğazından çıxmağa başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 1258 baxış Üzünü o yana çevir,Bu üzdə qış havası var.Qəribliyin qucağında,Doğmalığın davası var. Gör, fikrim hara çəkdi,Dili söz-söz dara çəkdi.Kim deyir ki, Allah təkdir?Onun da öz Həvvası var. Ölmək […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1126 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

Əli Hacıdan yeni şeir

Elşən 07 İyul 2026 · 11:06 1050 baxış Yazar Əli Hacı yeni şeirini sosial şəbəkədə paylaşıb. Elpress.az olaraq şeiri təqdim edirik: Mən ki,yuxu görmürəmYuxu yozasan mənə !Gedib Tanrı olmadın,Tale yazasan mənə ! Gizlədim çox sözümü,Abır-həya […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1090 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]