--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Aysel Əlibəyli 24 İyun 2026 · 19:14 1146 baxış

Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərginin açılışı keçirilib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, sərginin açılış mərasimində Acarıstanın mədəniyyət naziri Eliso Bolkvadze, nazir müavinləri Vladimir Mqaloblişvili və İrma Abuladze, Acarıstan Ali Şurasının və Batumi Şəhər Şurasının nümayəndələri, diplomatik korpusun üzvləri, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.Mədəniyyət naziri Eliso Bolkvadze Əsmər Nərimanbəyovanın beynəlxalq incəsənət mühitində əldə etdiyi uğurlardan danışaraq onun Azərbaycan təsviri sənətinin dünyada tanıdılmasına verdiyi töhfələri vurğulayıb və rəssama Acarıstan Mədəniyyət Nazirliyinin təşəkkürnaməsini təqdim edib.Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov rəssamın çoxşaxəli yaradıcılığı barədə məlumat verərək bildirib ki, Əsmər Nərimanbəyovanın əsərləri Azərbaycanın milli-mədəni dəyərlərini və zəngin irsini beynəlxalq auditoriyaya çatdırır.Görüşlər zamanı rəssamın Azərbaycan və Fransada həyata keçirdiyi uzunmüddətli yaradıcılıq fəaliyyəti, beynəlxalq sərgilərdə iştirakı və Avropa incəsənət mühitində qazandığı nailiyyətlər müzakirə olunub.Qeyd edək ki, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Əsmər Nərimanbəyova Azərbaycanın Əməkdar rəssamı, Fransa İncəsənət, Elm və Ədəbiyyat Akademiyasının medalçısı və UNESCO Assosiasiyasının üzvüdür. O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgi, festival və simpoziumlarda iştirak edərək Azərbaycan təsviri sənətinin tanıdılmasına töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Next Article

Şair Nəriman Mehdixanlının 90 illik yubileyi qeyd edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lətif Kərimovun 120 illiyi Vyanada qeyd olundu

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 16:41 1052 baxış Görkəmli xalçaçı-rəssam və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə Avstriyanın paytaxtı Vyanada Azərbaycan xalçalarından ibarət xüsusi sərgi təşkil olunub. Elpress.az xəbər verir ki, Azərbaycan […]

Qaxda ilk kitab sərgisi start götürüb

Aysel Əlibəyli 30 May 2026 · 17:48 1168 baxış Qax şəhərindəki “İçəribazar” kompleksində “Oxu, Qax” devizi altında Birinci Qax Kitab Sərgisinin açılışı olub. İki gün davam edəcək sərgi Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı və bir […]

MEK-də Silahlı Qüvvələr Gününə həsr olunan sərgi keçirilib

Aysel Əlibəyli 25 İyun 2026 · 16:27 1156 baxış Milli Elmi Kitabxanada Azərbaycan Ordusunun tarixi və qəhrəmanlıq salnaməsini əks etdirən xüsusi sərgi təşkil olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 26 İyun – […]