--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1200 baxış

Dövlət qurumları ilə ictimai təşkilatların birgə həyata keçirdiyi layihələr eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına, onların sosial həyatda daha fəal iştirakına və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə mühüm töhfə verir.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, “Eşitmə və Nitq Məhdudiyyətli İnsanlara Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Abdulova Eşitmə Məhdudiyyətli İnsanların II Mədəniyyət Festivalı çərçivəsində bildirib ki, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri eşitmə məhdudiyyətli şəxslərin maarifləndirilməsi, onların dövlət proqramları və xidmətləri barədə geniş məlumatlandırılmasıdır və bu məqsədlə dövlət qurumlarının dəstəyi ilə bir sıra mühüm layihələr həyata keçirilir.Onun sözlərinə görə, son illərdə birlik Dövlət Yol Polisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə müxtəlif sosial təşəbbüslər reallaşdıraraq eşitmə məhdudiyyətli insanların informasiya əlçatanlığının artırılmasına töhfə verib.C. Abdulova qeyd edib ki, təşkilatın əsas məqsədi vacib məlumatların əlçatan formatda, xüsusilə işarət dili vasitəsilə təqdim olunmasıdır ki, bu da həmin şəxslərin öz hüquqları, imkanları və dövlət xidmətləri barədə daha dolğun məlumat əldə etməsinə şərait yaradır.O, həmçinin vurğulayıb ki, ictimai birlik dövlət qurumları ilə eşitmə məhdudiyyətli şəxslər arasında körpü rolunu oynayaraq mövcud problemlərin aşkarlanmasına və onların aidiyyəti orqanlara çatdırılmasına dəstək verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Füzulidə istifadəyə yararsız ət aşkarlanıb

Next Article

Taylandda Tanınmış Bloqerlərin Qəzaya Düşdüyü Anlar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Aysel Əlibəyli 02 İyun 2026 · 10:50 1256 baxış AMEA-nın Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının icrasına həsr olunan “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv […]

Əli Hacı dan yeni şeir

Elşən 24 İyun 2026 · 08:51 1244 baxış Ağlayan göy üzü var,Göz yaşın saxlayan yer!Tanrının əli səndə,Göz yaşlarına əl ver! Üstünü ört soyuğun,İstin olsun yavanlığı!Dili ol qaranlığın,Çıxıb getməyə yol ver! Ah çək,yel ovutmağaQəm çək,el ovutmağa!Arx […]

Görkəmli şair Çingiz Əlioğlu vəfat edib

Aysel Əlibəyli 09 Avqust 2026 · 17:28 1084 baxış Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan görkəmli şair Çingiz Əlioğlu vəfat edib. Elpress.az xəbər verir ki, şairin vəfatı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xəbər ədəbiyyat və […]