--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ekspert: Şuşanın qayalarında yazılar yazılmamalıdır

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:14 1048 baxış

Samir Dübəndi Cıdır düzündə təbii və tarixi landşaftın qorunmasının vacibliyini vurğulayıb

Elpress.az xəbər verir ki, Şuşanın, xüsusilə Cıdır düzünün tarixi, mədəni və təbii simasının qorunması ilə bağlı çağırış edilib.Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi bildirib ki, Cıdır düzü sıradan turizm məkanı deyil və bu ərazi Azərbaycan xalqının tarixi yaddaşı və milli kimliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qayaların, daşların və digər təbii səthlərin üzərinə ad, tarix və müxtəlif yazıların həkk olunması və ya boya ilə yazılması yolverilməzdir.Ekspert qeyd edib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün xüsusi olaraq müəyyən edilmiş məkanlardan istifadə olunmalıdır. Cıdır düzünün isə memorial və ya qraffiti məkanına çevrilməməsi, ərazinin öz tarixi və təbii görünüşünün qorunması vacibdir.Samir Dübəndinin fikrincə, bu istiqamətdə ziyarətçi mədəniyyətinin formalaşdırılması mühüm rol oynayır. O, turistlərə səfərdən əvvəl davranış qaydalarının izah edilməsini, bələdçilərin məlumatlandırıcı fəaliyyətini, xəbərdarlıq nişanlarının və QR-kod vasitəsilə qaydaların təqdim olunmasını təklif edib.Ekspert həmçinin həssas ərazilərdə mütəmadi patrul və müşahidənin, zəruri hallarda videomüşahidənin və vahid monitorinq sisteminin tətbiqini vacib sayıb. O vurğulayıb ki, əsas məqsəd pozuntudan sonra cəza tətbiq etmək deyil, ziyarətçilərdə əvvəlcədən məsuliyyətli davranış formalaşdırmaqdır.Samir Dübəndi bildirib ki, Şuşaya səfər yalnız turizm deyil, həm də mədəni məsuliyyət daşıyır. Onun sözlərinə görə, turist sayının artması ilə yanaşı, təbiətə və mədəni irsə düşən yük də nəzərə alınmalı, “daha çox turist” yanaşması “daha məsuliyyətli turist” prinsipi ilə tamamlanmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lavrov: Almaniya yenidən müharibə istəyir

Next Article

Sahibə Qafarova ABŞ-a səfər edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heydər Əliyev İrsi Böyük Ehtiramla Anıldı

Aysel Əlibəyli 14 İyun 2026 · 12:37 1136 baxış Müasir Azərbaycanın Xilası: Abşeronda Qurtuluş Günü Zəfər Ruhunda Qeyd Olundu! Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün növbəti ildönümü Abşeron rayonunda […]

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1237 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1082 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]

Özbəkistanda Azərbaycanla media əməkdaşlığı genişləndirilir

Aysel Əlibəyli 18 Avqust 2026 · 10:52 1086 baxış Media üçün Kontent Hazırlama Mərkəzi Azərbaycanla birgə televiziya, kino və digər layihələr həyata keçirir Elpress.az xəbər verir ki, Özbəkistanda Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Media üçün […]