--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Aysel Əlibəyli 19 İyun 2026 · 11:24 70 baxış

Perunun paytaxtı Lima ilə Bakı arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales və Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyev iki şəhər arasında mədəni əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Elpress.az-ın məlumatına əsasən, Görüş zamanı Bakı və Lima arasında mədəni tədbirlərin təşkili, müxtəlif qurumlar arasında əməkdaşlığın artırılması və təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Tərəflər iki paytaxt arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.Razılaşmalar çərçivəsində Azərbaycanın səfiri Limadakı Metropoliten Muzeyinin “Qədim Mədəniyyətlər” salonuna ənənəvi Azərbaycan xalçasının hədiyyə edilməsini təklif edib. Azərbaycan xalçaçılıq sənətinin zəngin tarixini və milli mədəni irsini əks etdirən bu nümunənin muzeydə nümayiş etdirilməsi ölkəmizin mədəniyyətinin Peruda tanıdılmasına töhfə verəcək.Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib. Təşəbbüs həm Limadakı muzeyin kolleksiyasının zənginləşdirilməsinə, həm də Azərbaycan ilə Peru arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ekspert açıqladı: bəzi ixtisaslarda keçid balları arta, bəzilərində isə enə bilər

Next Article

İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Kitabxanada dil və kimlik mövzusunda seminar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:54 74 baxış Milli Kitabxana-da “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda seminar təşkil edilib. Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Prezident İlham Əliyevin 2026-cı il […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 118 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]