--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Aysel Əlibəyli 05 İyun 2026 · 15:09 117 baxış

Süni intellekt texnologiyalarının tətbiqi milli iqtisadiyyatların inkişafına mühüm töhfə versə də, bu proses sosial dayanıqlılığın qorunması və müvafiq sahələrdə davamlı islahatların həyata keçirilməsi baxımından xüsusi həssaslıq tələb edir. Bu məqsədlərə nail olmaq üçün strateji yanaşma, yüksək məsuliyyət və dəqiq hədəflərə yönəlmiş fəaliyyətin təmin edilməsi böyük əhəmiyyət daşıyır.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun sözlərinə görə, süni intellekt texnologiyalarının sürətli inkişafı yaxın illərdə xaricdə təhsil almağı planlaşdıran gənclər üçün yeni perspektivlər açacaq.O bildirib ki, süni intellektlə işləyən müasir platformalar tələbələrin akademik nailiyyətlərini, maraq dairələrini və fərdi bacarıqlarını təhlil edərək onlar üçün ən uyğun universitet və ixtisas seçimlərini müəyyənləşdirməyə imkan verəcək. Eyni zamanda, qəbul prosesində tələb olunan sənədlərin hazırlanması, motivasiya məktublarının tərtibi və xarici dil biliklərinin təkmilləşdirilməsi kimi istiqamətlərdə də bu texnologiyalardan geniş şəkildə faydalanmaq mümkün olacaq.Dosent əlavə edib ki, süni intellekt distant və fərdiləşdirilmiş təhsil imkanlarının inkişafına da mühüm töhfə verir. Onun fikrincə, tələbələr bu texnologiyalar vasitəsilə dünyanın aparıcı ali təhsil müəssisələrinin dərslərində onlayn iştirak edə, öz ehtiyaclarına uyğun fərdi tədris proqramlarından yararlana və real vaxt rejimində tərcümə xidmətləri əldə edə biləcəklər. Bu isə dil maneələrinin azalmasına və daha çox gəncin beynəlxalq təhsil imkanlarından istifadə etməsinə şərait yaradacaq.Bundan başqa, virtual laboratoriyalar və müxtəlif simulyasiya proqramları tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirəcək, onların qlobal əmək bazarının tələblərinə daha hazırlıqlı şəkildə uyğunlaşmasına dəstək olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

XİN-dən CNN-ə rəsmi cavab: İddialar əsassızdır

Next Article

Everest faciəsi: Alpinist təkbaşına sağ qalan bələdçisini necə itirdiyini açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:09 22 baxış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi nəzarət tədbirləri zamanı Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkarlanıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Aksizli […]

“Paysis”in fəaliyyətinə xitam verildi

Aysel Əlibəyli 02 İyun 2026 · 17:03 124 baxış Azərbaycan Mərkəzi Bankı “Paysis” MMC-yə verilmiş elektron pul təşkilatı lisenziyasını qüvvədən salıb. Elpress.az AMB-yə istinadən yaydığı məlumata görə, qərar Mərkəzi Bankın İdarə Heyətinin 1 iyun 2026-cı […]

Azərbaycan nefti yenidən bahalaşıb

Aysel Əlibəyli 20 İyun 2026 · 10:58 48 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 faiz […]

Azərbaycan banklarının öhdəlik reytinqi – İlk beşlik məlum oldu

Aysel Əlibəyli 16 İyul 2026 · 17:49 18 baxış Azərbaycanda 2026-cı ilin ilk yarısının yekunlarına əsasən öhdəliklərinin həcminə görə ən böyük banklar müəyyənləşib. Elpress.az xəbər verir ki, bankların rüblük maliyyə hesabatları əsasında hazırlanan reytinqə görə, […]