--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

SOCAR İtaliyada yanacaq qiymətlərini məhdudlaşdıracaq

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:50 1076 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyadakı törəmə şirkəti “Italiana Petroli” (IP) ölkə üzrə yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarını açıqlayıb.

Məlumata görə, “Eni” şirkətinin analoji addımından sonra IP şəbəkəsində də benzin və dizel yanacağının qiymətlərinə müəyyən hədd tətbiq olunacaq.

İtaliyanın Baş naziri Corcia Meloni qərarı iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkürünü bildirib.

Meloni qeyd edib ki, yanacaq qiymətlərinin məhdudlaşdırılması İtaliyada ailələrin artan yanacaq xərclərinin azaldılmasına dəstək məqsədi daşıyır.

SOCAR daha əvvəl IP-nin yanacaqdoldurma şəbəkəsində benzin və dizel qiymətlərinə limit tətbiq etməyə hazır olduğunu açıqlamışdı. Şirkətin bildirdiyinə görə, qiymət həddi müəyyən edilərkən minlərlə operatorun iştirak etdiyi təchizat zəncirinin davamlı fəaliyyətinin qorunması da nəzərə alınacaq.

Şirkət bu addımın İtaliya hökumətinin qlobal təchizat zəncirlərinə təsir göstərən geosiyasi qeyri-sabitlik fonunda yüksək yanacaq qiymətləri ilə üzləşən ailə və bizneslərə dəstək çağırışına cavab olduğunu vurğulayıb.

Yeni qiymət məhdudiyyətlərinin əvvəlcə “Italiana Petroli” şəbəkəsində tətbiq olunacağı, daha sonra isə mərhələli şəkildə genişləndiriləcəyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Next Article

Yasamal və Nizaminin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sığorta sektorunun inkişafı müzakirə edilib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:44 1074 baxış Mərkəzi Bank sığorta xidmətlərinə çıxışın genişləndirilməsi məsələsini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında ölkənin sığorta bazarının inkişaf perspektivlərinə dair görüş keçirilib.Mərkəzi Bankın sədri […]

2027-ci ilin sonuna 11 yeni enerji stansiyası şəbəkəyə qoşulacaq

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 12:46 1038 baxış Elpress.az report-a istinaden xəbər verir ki, 2027-ci ilin sonunadək Azərbaycanda 11 yeni enerji stansiyasının elektrik şəbəkəsinə qoşulması gözlənilir. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid […]

Quş qripi və Nyukasl: vəziyyət sabitdir – AQTA

Aysel Əlibəyli 09 İyun 2026 · 18:18 1178 baxış Quş qripinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, eləcə də cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən […]

Masallıda yanan evin zərəri ödənilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:28 1050 baxış Köhnə Alvadı kəndində qısaqapanma nəticəsində yanan ev üçün 10 200 manat sığorta ödənişi verilib Elpress.az xəbər verir ki, Masallı rayonunun Köhnə Alvadı kəndində iyun ayında qısaqapanma […]