--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Sahibkarlar üçün yeni güzəştlər sentyabrdan qüvvəyə minir

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:16 1048 baxış

İxracla bağlı kompensasiyalar artırılır, qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına yeni tələb tətbiq olunur

Elpress.az xəbər verir ki, Azərbaycanda sahibkarların fəaliyyətinə və ixrac imkanlarına təsir edəcək yeni güzəştlər sentyabrın 1-dən tətbiq olunacaq.Yeni qaydalara əsasən, ixracatçılara təqdim ediləcək kompensasiyanın məbləği məhsulun növündən, ixracın həyata keçirildiyi ölkədən və müəyyənləşdirilmiş yuxarı həddən asılı olacaq. Sözügedən güzəştlərin 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində qüvvədə olması nəzərdə tutulur.Bununla yanaşı, sentyabrın 1-dən elektron ticarətlə bağlı yeni vergi tələbi də qüvvəyə minəcək. Azərbaycanda elektron qaydada xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarından çox olan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları vergi orqanında elektron qeydiyyatdan keçməli olacaqlar.Yeni dəyişikliklərin sahibkarlar və rəqəmsal xidmət bazarında fəaliyyət göstərən xarici şirkətlər üçün vergi öhdəliklərini daha dəqiq müəyyənləşdirməyə xidmət edəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 27 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Next Article

Ukrayna Rusiyanın müharibədəki itkilərini açıqlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan nefti yenidən bahalaşıb

Aysel Əlibəyli 20 İyun 2026 · 10:58 1098 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 faiz […]

“Azeri Light” Nefti Ucuzlaşdı

Elşən 24 Aprel 2026 · 10:00 1099 baxış Qlobal bazarlarda “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, neftin bir bareli 1,09 ABŞ dolları və ya təxminən 1% […]