SOCAR rəhbəri Azərbaycan-Türkiyə enerji əməkdaşlığının əhəmiyyətini vurğulayıb
Elpress.az xəbər verir ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında enerji sahəsində əldə olunan nəticələrin qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib ki, forum enerji sektorunda mövcud əməkdaşlığın inkişaf istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli imkan yaradır.Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında enerji sahəsində tərəfdaşlıq hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, enerji təchizatının təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır.Rövşən Nəcəf qeyd edib ki, həyata keçirilən birgə layihələrin davamlılığı və yeni təşəbbüslərin reallaşdırılması iki ölkə arasındakı enerji əməkdaşlığının daha da möhkəmlənməsinə imkan verir.


