--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Kamboca “ASAN xidmət” modelini öyrənir

Aysel Əlibəyli 29 İyun 2026 · 12:51 1090 baxış

Azərbaycanın uğurlu “ASAN xidmət” modeli xaricdə tətbiq olunacaq: Kamboca təcrübədən yararlanmaq istəyir

Elpress.az-ın məlumatına əsasən, Kamboca Krallığı Azərbaycanın dövlət xidmətləri sahəsində uğurlu layihələrindən biri olan “ASAN xidmət” modelini öyrənmək və bu təcrübədən yararlanmaq niyyətindədir.Bu məqsədlə Kambocanın poçt və telekommunikasiyalar naziri Vandet Çeanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.Səfər 2025-ci ilin dekabrında Dövlət Agentliyi ilə imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində təşkil olunub. Əsas məqsəd “ASAN xidmət”in fəaliyyəti ilə yaxından tanış olmaq, dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini öyrənmək və bu modelin Kambocada tətbiqi imkanlarını müzakirə etməkdir.Nümayəndə heyəti əvvəlcə Zəfər abidəsini və Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsini ehtiramla yad edib.Daha sonra qonaqlar “ASAN xidmət” mərkəzində olublar. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanın innovativ dövlət xidmətləri modeli, vətəndaş məmnuniyyətinə əsaslanan yanaşma və rəqəmsal həllər barədə nümayəndə heyətinə məlumat verib.Görüş zamanı bildirilib ki, “ASAN xidmət” Azərbaycanın uğurlu intellektual brendlərindən birinə çevrilib və onun təcrübəsi dünyanın 30-dan çox ölkəsinin marağına səbəb olub.Kambocalı nazir Vandet Çean “ASAN xidmət” modelini yüksək qiymətləndirərək, bu təcrübənin ölkəsində tətbiqi üçün lazımi addımların atılacağını qeyd edib.Səfər çərçivəsində nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, məlumatlara əsaslanan idarəetmə mexanizmləri və innovativ yanaşmalarla bağlı təqdimatlar keçirilib.Qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı”, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi və ASAN TV/Radio kimi qurumların fəaliyyəti ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türkoloji Qurultayın 100 illiyi qeyd olunur

Next Article

İyunun 30-da hava necə olacaq?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:11 1062 baxış Regional inteqrasiya dövlətlərə daha güclü əməkdaşlıq quraraq gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır. Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar […]

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1128 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Aysel Əlibəyli 05 İyun 2026 · 15:09 1121 baxış Süni intellekt texnologiyalarının tətbiqi milli iqtisadiyyatların inkişafına mühüm töhfə versə də, bu proses sosial dayanıqlılığın qorunması və müvafiq sahələrdə davamlı islahatların həyata keçirilməsi baxımından xüsusi həssaslıq […]

Neft qiymətləri həftəyə artımla başladı

Aysel Əlibəyli 13 İyul 2026 · 12:02 1038 baxış Dünya bazarlarında neftin qiymətində yeni həftənin ilk günündə bahalaşma müşahidə olunub. Elpress.az xəbər verir ki, Beynəlxalq enerji bazarlarında neft qiymətləri yüksəliş nümayiş etdirib.Hazırda “Brent” markalı neftin […]