--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İran və Tacikistan enerji müqaviləsi imzalayacaq

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:52 1040 baxış

Tehran və Düşənbə arasında yanacaq və xam neft tədarükünü əhatə edən uzunmüddətli saziş hazırlanır

Elpress.az xəbər verir ki, İran və Tacikistan enerji sektorunda uzunmüddətli əməkdaşlığı nəzərdə tutan yeni müqavilə imzalamağa hazırlaşır.İranın neft naziri Möhsün Paknejad Tacikistanın energetika və su ehtiyatları naziri Cümə Dəlyer ilə görüşdən sonra bildirib ki, iki ölkə arasında hazırlanacaq uzunmüddətli sazişin əsas çərçivəsi artıq razılaşdırılıb.Onun sözlərinə görə, son iki il ərzində aparılan danışıqlarda əsas diqqət İranın neft məhsullarının Tacikistana ixrac imkanlarına yönəlib. Əməkdaşlığın Tacikistanın enerji təminatında mövcud çətinliklərin müəyyən hissəsinin aradan qaldırılmasına töhfə verməsi gözlənilir.Paknejad qeyd edib ki, müqavilənin texniki və logistika məsələlərini dəqiqləşdirmək məqsədilə ekspertlərdən ibarət işçi qrup yaradılacaq. Saziş çərçivəsində Tacikistanın yanacaq ehtiyaclarının qarşılanması ilə yanaşı, ölkədəki neft emalı müəssisələri üçün xam neft tədarükünün də təmin edilməsi planlaşdırılır.İranlı nazir iki ölkə arasında daha əvvəl əldə olunan razılaşmaların əksəriyyətinin icra mərhələsində olduğunu və əməkdaşlığın praktiki müstəviyə keçdiyini vurğulayıb.Paknejad əlavə edib ki, yeni saziş qlobal enerji böhranının davam etdiyi bir şəraitdə Tacikistanın yanacaq təminatı ilə bağlı problemlərinin həllinə kömək göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BƏƏ İrandan Hörmüz boğazını açmağı tələb edib

Next Article

Tovuzda faciəvi qəza: 25 yaşlı sürücü öldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cəbrayıl-Ağbənd elektrik xəttinin tikintisi yekunlaşır

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:52 1038 baxış Baba Rzayev: 74 kilometrlik 330 kV-luq xətt üzrə işlər son mərhələdədir Elpress.az xəbər verir ki, Cəbrayıl-Ağbənd istiqamətində 74 kilometr uzunluğunda 330 kV-luq iki dövrəli elektrik verilişi […]

Bakıda mansard mənzillər adi evlərdən nə qədər ucuzdur?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:27 1144 baxış Bakıda mansard mənzillərə maraq artır: Daha münasib qiymət, amma hansı risklər var? Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda daşınmaz əmlak bazarında mansard tipli mənzillər son […]

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji mərhələyə çatıb

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:32 1032 baxış Pərviz Şahbazov: Birgə layihələr iki ölkənin enerji inteqrasiyasını gücləndirir Elpress.az xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərində enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyətini daha da artırıb.Energetika naziri Pərviz Şahbazov […]