--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Hörmüz boğazından gəmi keçidi kəskin azalıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:24 1118 baxış

BMT: Gündəlik keçidlərin sayı 85-dən 5-ə düşüb

Elpress.az xəbər verir ki, Hörmüz boğazından gündəlik gəmi keçidlərinin sayı son aylarda kəskin şəkildə azalıb.BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatına əsasən, 2025-ci ildə boğazdan sutkada orta hesabla 85 gəmi keçib. 2026-cı ilin aprel və may aylarında isə bu göstərici birrəqəmli səviyyəyə enib.İyunun sonu və iyulun əvvəlində keçidlərin sayı qısa müddətə gündə təxminən 25-ə yüksəlsə də, iyulun ortalarında yenidən 10-a, sentyabrın əvvəlində isə 5-ə düşüb.Hesabatda qeyd olunur ki, Hörmüz boğazında hərəkətin məhdudlaşması qlobal enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2026-cı ilin mart-iyul aylarında Yaxın Şərqdən enerji təchizatında orta hesabla gündə 10,7 milyon barel azalma qeydə alınıb. Münaqişənin başlanmasından iyulun sonunadək qlobal neft ehtiyatları 410 milyon barel azalıb.Xam neft təchizatındakı çatışmazlıq qlobal neft emalına da təsir edib. İyul ayında neft emalının həcmi ötən ilin eyni ayı ilə müqayisədə sutkada təxminən 5 milyon barel aşağı olub. BMT yanacaq məhsullarının, xüsusilə dizelin qiymətlərinin yüksək olaraq qaldığını və ilin sonunadək bu tendensiyanın davam edə biləcəyini bildirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həkəri çayında 77 gün əvvəl batan şəxsin meyiti tapılıb

Next Article

Dini malların gömrükdən keçirilməsi qaydası açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın enerji rolu daha da güclənəcək

Aysel Əlibəyli 06 İyun 2026 · 14:12 1188 baxış Enerji keçidi bir gecədə baş verə bilməz, bu proses zaman, planlı yanaşma və dayanıqlı infrastruktur tələb edir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Rusiyadakı səfiri […]

Kamboca ilə Azərbaycan iqtisadi tərəfdaşlığı genişləndirmək istəyir

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 16:29 1068 baxış Kamboca və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi, yeni investisiya istiqamətlərinin müəyyənləşdirilməsi və şirkətlər arasında birbaşa əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Elpress.az xəbər verir ki, Kambocanın Baş naziri […]

Azərbaycan banklarının öhdəlik reytinqi – İlk beşlik məlum oldu

Aysel Əlibəyli 16 İyul 2026 · 17:49 1136 baxış Azərbaycanda 2026-cı ilin ilk yarısının yekunlarına əsasən öhdəliklərinin həcminə görə ən böyük banklar müəyyənləşib. Elpress.az xəbər verir ki, bankların rüblük maliyyə hesabatları əsasında hazırlanan reytinqə görə, […]