--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Geoiqtisadi dəyişikliklər Bakı Limanına təsir göstərir

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:32 1074 baxış

Bakı Limanı Orta Dəhliz üzrə artan yük həcminə hazırlaşır

Elpress.az xəbər verir ki, Dünyada baş verən geoiqtisadi proseslər və müxtəlif regionlardakı toqquşmalar Bakı Limanının fəaliyyətinə də təsir göstərir.Bakı Limanının baş direktoru Eldar Salahov bildirib ki, yaranan vəziyyət nəticəsində əvvəlcədən nəzərdə tutulmayan əlavə yük həcmləri formalaşa bilər. Eyni zamanda, Orta Dəhliz üzrə yük daşımalarının artması limanın qarşısında yeni tələblər yaradır.Onun sözlərinə görə, artan yük axınının effektiv şəkildə idarə olunması üçün limanda müvafiq hazırlıq işləri aparılır. Bu çərçivədə yeni yük aşırma avadanlıqlarının, lokomobillərin, kranların, konteyner yükləyicilərinin və digər texniki vasitələrin alınması istiqamətində fəaliyyət davam etdirilir.Eldar Salahov qeyd edib ki, yalnız texniki imkanların genişləndirilməsi kifayət etmir. Yüklərin daha səmərəli qəbul və emal olunması üçün əməliyyat proseslərinin təkmilləşdirilməsi, qurumlararası əlaqələndirmənin gücləndirilməsi və məlumat mübadiləsinin yaxşılaşdırılması da əsas prioritetlərdəndir.Bakı Limanı rəhbəri bildirib ki, görülən tədbirlər artan yük həcmlərinin qarşılanmasına və Orta Dəhliz üzrə daşımaların fasiləsizliyinin təmin edilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah Bakıda yağış yağacaq

Next Article

Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaradıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:23 1074 baxış Azərbaycan Dövlət Neft Fondu aparıcı suveren investorlarla yeni investisiya platforması təsis edib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bir sıra aparıcı suveren […]

5 marşrut “brutto müqavilə” sisteminə keçib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:46 1098 baxış Yeni model avtobusların hərəkət qrafikinə və xidmət keyfiyyətinə nəzarəti gücləndirəcək Elpress.az xəbər verir ki, Azərbaycanda müntəzəm sərnişin daşımalarında “brutto müqavilə” modelinin tətbiqinə başlanılıb. Yeni sistem çərçivəsində […]

Ətin qiyməti bahalaşıb

Aysel Əlibəyli 29 İyul 2026 · 11:56 1098 baxış Paytaxtda sümüksüz mal əti və quzu ətinin qiymətində son bir ayda artım müşahidə olunur. Elpress.az xəbər verir ki, Paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən ət satışı mağazalarında […]