--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Dörd ölkə yaşıl elektrik layihəsi üzrə saziş imzalaya bilər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:26 1068 baxış

Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında enerji əməkdaşlığında yeni mərhələ

Elpress.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanı əhatə edən Yaşıl Elektrik Ötürülməsi və Ticarəti Layihəsinin növbəti mərhələyə keçirilməsi planlaşdırılır.Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı layihənin uzunmüddətli regional enerji əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıdığını bildirib.Nazirin sözlərinə görə, layihə yalnız elektrik enerjisinin ötürülməsini nəzərdə tutan təşəbbüs deyil, həm də tərəflər arasında qarşılıqlı faydaya əsaslanan uzunmüddətli enerji əməkdaşlığının inkişafına xidmət edəcək.Bayraktar tərəflərin layihəni mümkün qədər qısa müddətdə növbəti mərhələyə keçirmək niyyətində olduğunu qeyd edib.

O bildirib ki, COP31 çərçivəsində layihə ilə bağlı mühüm sənədin, o cümlədən hökumətlərarası sazişin imzalanması nəzərdən keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Türkiyə elektrik sistemlərini daha sıx inteqrasiya edəcək

Next Article

Təhsil kreditlərinin meyarları dəyişdirilə bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycandan neft koksu ixracı 34 faizdən çox artıb

Aysel Əlibəyli 17 Avqust 2026 · 11:04 1077 baxış İlin ilk yeddi ayında ixrac olunan neft koksunun dəyəri 59,9 milyon dollara çatıb Elpress.az xəbər verir ki, Azərbaycanın neft koksu ixracında cari ilin ilk yeddi ayında […]

İKZF yarım ildə 226 milyon manat kredit verib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:43 1092 baxış İpoteka və Kredit Zəmanət Fondu ilin ilk altı ayında 226,3 milyon manat kredit ayırıb. Elpress.az xəbər verir ki, Bu ilin yanvar–iyun aylarında İpoteka və Kredit Zəmanət […]