--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

BMT rəsmisi: Azərbaycanın logistika habına çevrilmək potensialı var

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:46 1074 baxış

Dmitro Şlapaçenko: Azərbaycan regional və qlobal dəyər zəncirlərində mövqeyini gücləndirə bilər

Elpress.az xəbər verir ki, Azərbaycanın strateji coğrafi mövqeyi və inkişaf edən nəqliyyat infrastrukturu ölkənin regional istehsal və logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır.Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko bildirib.Onun sözlərinə görə, qlobal iqtisadi proseslər Azərbaycanın gələcək inkişafına da təsir göstərir. Bu baxımdan ölkənin neft və qaz sektorundan kənarda iqtisadiyyatını şaxələndirməsi və mövcud nəqliyyat imkanlarından daha səmərəli istifadə etməsi mühüm əhəmiyyət daşıyır.Şlapaçenko qeyd edib ki, Azərbaycanın strateji mövqeyi, nəqliyyat bağlantıları, innovasiya imkanları, özəl sektorun inkişafı və ixrac potensialı ölkənin regional və qlobal dəyər zəncirlərində daha fəal iştirakına şərait yarada bilər.O, Bakı limanı və dəmir yolu infrastrukturunun Azərbaycanın logistika və istehsal imkanlarını genişləndirən əsas amillər sırasında olduğunu vurğulayıb.BMT rəsmisi həmçinin insan kapitalına və innovasiyalara yatırımların artırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, süni intellekt, avtomatlaşdırma və rəqəmsal texnologiyaların istehsalda tətbiqinin genişlənməsi əmək bazarında yeni bacarıqlara malik mütəxəssislərə tələbatı artırır.Şlapaçenko Azərbaycanın beynəlxalq standartlara və tənzimləyici normalara uyğunlaşmasının da ixrac imkanlarının genişləndirilməsi və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından əhəmiyyətli olduğunu bildirib.Onun fikrincə, strateji coğrafi mövqe, müasir infrastruktur, inkişaf edən sənaye imkanları və iqtisadi şaxələndirmə istiqamətində aparılan işlər Azərbaycanın regional istehsal və logistika habına çevrilməsi üçün əsas imkanlar yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ rəsmisi: TRIPP geostrateji risklərin azaldılmasına xidmət edir

Next Article

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi üzrə komissiya yaradılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu rüsumun məbləği müəyyən olunur.

Aysel Əlibəyli 26 May 2026 · 13:37 1184 baxış Maliyyə icarəsi fəaliyyəti göstərmək istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə qeydiyyata alınması üçün tətbiq olunan dövlət rüsumunun məbləği müəyyən edilir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

Azərbaycanda vergi ödəyicilərinin sayı 4,8% artıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:34 1058 baxış Ölkədə uçotda olan vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb Elpress.az xəbər verir ki, Azərbaycanda uçotda olan vergi ödəyicilərinin sayında artım qeydə alınıb.Dövlət Vergi Xidmətinin məlumatına əsasən, […]