--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azər Türk Bank qlobal bankçılıq sammitinə qatıldı

Aysel Əlibəyli 10 İyun 2026 · 16:51 1088 baxış

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” forumunda rəsmi tərəfdaş qismində iştirak edib.

Elpress.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə təşkil olunan tədbirə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bank assosiasiyaları da qoşulub. Forumun əsas tərəfdaşı VISA beynəlxalq ödəniş sistemi olub.Tədbirdə qlobal maliyyə və bank sektorunda son tendensiyalar, regional əməkdaşlığın genişləndirilməsi, ödəniş sistemlərinin inteqrasiyası, müxbir bank münasibətlərinin inkişafı və beynəlxalq tərəfdaşlıq imkanları müzakirə edilib.Sammit çərçivəsində maliyyə texnologiyalarına və innovativ həllərə həsr olunmuş sərgi də təşkil olunub. Azər Türk Bankın sərgidə təqdim etdiyi yeni məhsul və xidmətlər iştirakçıların marağına səbəb olub.Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən Azər Türk Bank-ın səhmlərinin 75 faizi dövlətə məxsusdur. Bunun 51 faizi SOCAR vasitəsilə idarə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aytən Məmmədovadan qanun layihəsi ilə bağlı açıqlama

Next Article

Ramiz Mehdiyevin ev həbsi ilə bağlı iddialara aydınlıq gətirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1078 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]

Aİ: Azərbaycanla ticarət əlaqələrimiz qürurvericidir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:20 1103 baxış Gəncədə Avropa İttifaqının “Avropa Şəhərciyi – 2026” tədbiri çərçivəsində Azərbaycan–Aİ münasibətlərinə dair mesajlar verilib. Elpress.az APA-ya istinadən xəbər verir ki, tədbirin açılış mərasimi şəhərin Heydər Əliyev […]

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:32 1040 baxış Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayında 1,9 milyon sərnişinə xidmət göstərərək sərnişin daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım qeydə alıb. […]