--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaradıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:23 1066 baxış

Azərbaycan Dövlət Neft Fondu aparıcı suveren investorlarla yeni investisiya platforması təsis edib

Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bir sıra aparıcı suveren və institusional investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını (CAJIC) təsis edib.Şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi çərçivəsində elan olunub. CAJIC-in təsisçiləri arasında ARDNF ilə yanaşı Çin İnvestisiya Korporasiyası, Tailand Hökumətinin Pensiya Fondu, Malayziyanın “Khazanah Nasional Berhad” suveren sərvət fondu, “Kumpulan Wang Persaraan (Diperbadankan)” pensiya fondu və İndoneziya İnvestisiya Qurumu yer alır.Çin İnvestisiya Korporasiyasının təşəbbüsü ilə yaradılan platformanın əsas məqsədi Çin və Cənub-Şərqi Asiya ölkələrində suveren sərvət fondları və institusional investorlar arasında uzunmüddətli investisiya əməkdaşlığını genişləndirməkdir.CAJIC çərçivəsində institusional əlaqələrin inkişaf etdirilməsi, bilik və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə yeni investisiya təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur.ARDNF ilə Çin İnvestisiya Korporasiyası arasında investisiya əməkdaşlığının genişləndirilməsinə dair Anlaşma Memorandumu 2025-ci ilin aprelində imzalanıb. 2026-cı ilin aprelində isə ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Proqramı yaradılıb. Proqrama ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları vəsait cəlb edilib, hədəf məbləğ isə 1 milyard ABŞ dolları müəyyənləşdirilib.Çin və Cənub-Şərqi Asiyada sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya sahələrində investisiya imkanlarına yönələn CAIP konkret investisiya layihələrinə kapital yönəldəcək. CAJIC isə institusional əməkdaşlığın gücləndirilməsi və yeni investisiya istiqamətlərinin müəyyənləşdirilməsi üçün platforma rolunu oynayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib

Next Article

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Neft hasilatı 45% geriləyib

Aysel Əlibəyli 13 May 2026 · 18:33 1142 baxış Yaxın Şərq və Körfəz bölgəsində münaqişə başlayandan neft hasilatı 45% geriləyib.Aprel ayında OPEC və təşkilata daxil olmayan bəzi neft istehsalçılarının yer aldığı OPEC+ alyansında gündəlik neft […]

Prezident neft sənayesi işçilərini təltif edib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:57 1086 baxış 10 nəfər “Əmək” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə mükafatlandırılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı […]

İran liderindən diqqətçəkən açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:43 1200 baxış İran Prezidenti dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq iqtisadi proseslərdə daha fəal iştirakın vacibliyini vurğulayıb. Elpress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian bildirib.Prezident […]

Azərbaycan nefti bahalaşdı

Aysel Əlibəyli 12 İyun 2026 · 09:41 1140 baxış Azərbaycan neftinin dünya bazarındakı qiymətində növbəti artım qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 0,49 ABŞ dolları və […]