--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

AMB investisiya şirkətinin vəzifəli şəxsinə 500 manat cərimə kəsib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:54 1052 baxış

“CFI Financial İnvestisiya Şirkəti”ndə aparılan yoxlama zamanı korporativ idarəetmə qaydalarının pozulduğu müəyyənləşib

Elpress.az xəbər verir ki, “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.Mərkəzi Bankın şirkətdə keçirdiyi tematik yoxlama zamanı investisiya şirkətlərində korporativ idarəetmə standartlarının tələblərinə tam riayət edilmədiyi aşkarlanıb.Müəyyən edilmiş pozuntu ilə əlaqədar şirkətin vəzifəli şəxsinə İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.Qeyd edək ki, “CFI Financial İnvestisiya Şirkəti” QSC 2024-cü ilədək “Az-Finance İnvestisiya Şirkəti” adı ilə fəaliyyət göstərib. Şirkət həmin il beynəlxalq “CFI Financial Group” tərəfindən alınıb və bundan sonra adını dəyişib.Hazırda investisiya şirkətinin səhmlərinin 100 faizi CFI qrupuna məxsusdur. Şirkətin İdarə Heyətinin sədri Pərvanə Qasımovadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya xarici aviaşirkətlərə Zelenskinin təhdidləri ilə bağlı izahat verib

Next Article

100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan daha bir beynəlxalq dəniz konvensiyasına qoşulur

Aysel Əlibəyli 12 İyun 2026 · 13:41 1106 baxış Azərbaycan gəmilərdə istifadə olunan zərərli çirklənmə əleyhinə sistemlərə nəzarəti nəzərdə tutan beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır. Sənədə əsasən, gəmilərin gövdəsində tətbiq edilən və dəniz mühitinə mənfi təsir […]

“Brent” neftinin qiyməti 105 dollardan aşağı düşüb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 09:02 1036 baxış Elpress.az xəbər verir ki, dünya bazarında “Brent” markalı neftin qiymətində azalma qeydə alınıb. “ICE London” birjasında aparılan son əməliyyatlar zamanı 2026-cı ilin noyabrında tədarük ediləcək “Brent” […]

Güzəştli kreditləşmənin çərçivəsi müəyyənləşdi

Aysel Əlibəyli 23 İyul 2026 · 13:57 1092 baxış Ekspert güzəştli kreditlərin verilməsi ilə bağlı yeni qaydaları şərh edib Elpress.az xəbər verir ki, Maliyyəçi-ekspert Namiq Hüseynov bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar Azərbaycan […]

Eldar Qəribov Fransadakı dəbdəbəli villasını satmağa çalışır

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:24 1082 baxış “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransadakı 34 milyon manatlıq mülkünə bir ildən çoxdur müştəri tapa bilmir Elpress.az xəbər verir ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar […]