--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Aİ ASCO Gəmilərinə Tətbiq Olunan Sanksiyaları Ləğv Etdi

Elşən 24 Aprel 2026 · 09:49 19 baxış

Avropa İttifaqı Şurasının son qərarına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid “Zaqatala” gəmisinə, həmçinin ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq olunan sanksiyalar aradan qaldırılıb.

Elpress.az-ın məlumatına görə, bu qərarla həmin gəmilər rəsmi şəkildə Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Qərarın əldə olunması Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO və SOCAR-ın birgə və koordinasiyalı diplomatik-hüquqi fəaliyyəti nəticəsində mümkün olub.

Qeyd olunur ki, bu gəmilər uzunmüddətli çarter müqavilələri əsasında üçüncü tərəflərə icarəyə verilib və onların istismarı beynəlxalq qaydalar, eləcə də sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilib. Bu addım obyektiv yanaşmanın və konstruktiv əməkdaşlığın nəticəsi kimi qiymətləndirilir.

ASCO isə bundan sonra da beynəlxalq gəmiçilik sahəsində fəaliyyətini milli qanunvericilik və beynəlxalq hüquq normalarına, eləcə də sanksiya rejimlərinə riayət etməklə davam etdirəcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranda Milli Birlik Vurğusu: Parçalanma Yoxdur

Next Article

Qiymətli Metalların Qiyməti Aşağı Düşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Birjasında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Elşən 22 May 2026 · 09:35 22 baxış Əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətində enmə müşahidə olunub. Elpress.az-ın məlumatına görə, COMEX birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçersləri 0,28 faiz ucuzlaşaraq 4 529,6 […]

İran liderindən diqqətçəkən açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:43 78 baxış İran Prezidenti dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq iqtisadi proseslərdə daha fəal iştirakın vacibliyini vurğulayıb. Elpress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian bildirib.Prezident […]

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə təxirə salıb

Elşən 21 May 2026 · 12:46 27 baxış Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərlə bağlı növbəti məhdudiyyət qərarı qəbul edib. Naxçıvan Beynəlxalq Aeroportu ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Bakı–Naxçıvan–Bakı marşrutu […]