--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

ABŞ rəsmisi: TRIPP geostrateji risklərin azaldılmasına xidmət edir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:41 1094 baxış

Emi Karlon: ABŞ-ın TRIPP-ə investisiyası layihəyə bağlılığını nümayiş etdirir

Elpress.az xəbər verir ki, ABŞ TRIPP layihəsini regionda geostrateji risklərin azaldılması və qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli təşəbbüs hesab edir.Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panelində çıxışı zamanı bildirib.Diplomat qeyd edib ki, TRIPP yalnız formal təşəbbüs deyil. Onun sözlərinə görə, layihə çərçivəsində yeni qurumun yaradılması, investisiyaların yatırılması və gələcəkdə onun iqtisadi dayanıqlığının təmin edilməsi ABŞ-ın layihəyə yanaşmasının göstəricisidir.Emi Karlon bildirib ki, layihənin maliyyələşdirilməsi mexanizmlərindən biri 201 milyon dollarlıq fond olacaq. Fondun əsas istiqamətlərindən biri özəl investorların layihəyə cəlb edilməsidir.ABŞ rəsmisi həmçinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və ABŞ İxrac-İdxal Bankının layihədə mümkün roluna toxunub. Bildirilib ki, bu qurumlar kredit, zəmanət və risklərin sığortalanması kimi maliyyə alətlərindən istifadə etməklə ABŞ şirkətlərinin layihəyə investisiya qoymasına şərait yarada bilərlər.Karlon ABŞ hökumətinin TRIPP-ə ayırdığı maliyyə və resursların Vaşinqtonun təşəbbüsə verdiyi əhəmiyyəti göstərdiyini vurğulayıb.Onun sözlərinə görə, ABŞ TRIPP-i həmçinin regionda geostrateji risklərin azaldılması və tərəflər arasında etimadın möhkəmləndirilməsi baxımından mühüm vasitə kimi qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kreml: Rusiya, ABŞ və Ukrayna arasında görüş keçirilə bilər

Next Article

BMT rəsmisi: Azərbaycanın logistika habına çevrilmək potensialı var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AİH-nin ictimaiyyətlə əlaqələr strukturunda dəyişiklik

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 19:28 1092 baxış Azərbaycan İnvestisiya Holdinqinin ictimaiyyətlə əlaqələr istiqamətində vəzifə dəyişikliyi olub. Elpress.az xəbər verir ki, Liya Bayramova Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri təyin edilib. Bundan əvvəl bu […]

“Azəralüminium”un ixracı 46 faizə yaxın artıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:45 1092 baxış Şirkətin yeddi aylıq ixrac gəlirləri 111,9 milyon dollara yüksəlib Elpress.az xəbər verir ki, “Azəralüminium” MMC-nin bu ilin ilk yeddi ayı ərzində ixrac göstəricilərində əhəmiyyətli artım qeydə […]

Kart transferlərinə yeni limitlər qoyuldu

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:54 1102 baxış Azərbaycanda kartdan-karta pul köçürmələri üçün yeni məhdudiyyətlər qüvvəyə mindi Elpress.az xəbər verir ki, Avqustun 1-dən etibarən ölkə ərazisində kartdan-karta (C2C) köçürmə əməliyyatlarına dair yeni tənzimləmə qaydaları […]

Ağdaşın inkişaf perspektivləri araşdırılıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:01 1120 baxış Ağdaşın sosial-iqtisadi potensialının inkişafı üzrə təkliflər hazırlanır Elpress.az xəbər verir ki, Ağdaş rayonunun uzunmüddətli sosial-iqtisadi inkişaf imkanlarının müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparılır.Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun […]