--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Rusiyada ayı hücumları artıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:15 1046 baxış

Kamçatka və Kuzbassda ayı təhlükəsi ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq olunub

Elpress.az xəbər verir ki, Rusiyanın bir sıra bölgələrində ayıların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum hallarının artması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində ayı hücumları nəticəsində yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə sentyabrın 9-dan yüksək hazırlıq rejimi elan edilib.Kemerovo vilayətinin də bir neçə yaşayış məntəqəsində analoji qərar qəbul olunub. Kaltanski, Osinnikovski və Prokopyevsk şəhərləri ilə yanaşı, Taştaqolski və Mejdureçenski rayonlarında da yüksək hazırlıq rejimi tətbiq edilib.Bölgədə ayıların insanlara hücum etdiyi hallar da qeydə alınıb. Avqust ayında Mejdureçensk yaxınlığında ayının kişiyə hücum edərək onu yaraladığı, Novokuznetsk ətrafında isə başqa bir ayının təqaüdçüyə xəsarət yetirdiyi bildirilib. Sonuncu heyvan polis əməkdaşı tərəfindən zərərsizləşdirilib.İlin əvvəlindən Kemerovo vilayətində ayılarla bağlı Vahid Dispetçer Xidmətinə 52 müraciət daxil olub və onların 44-ü təsdiqlənib. Bu müddətdə 11 ayı ovçular tərəfindən vurulub.Avqustdan etibarən Buryatiya, Saxalin, Xakasiya, Tuva və Altay respublikaları, eləcə də Krasnoyarsk diyarında da ayıların iştirakı ilə bağlı hadisələrin sayında artım müşahidə olunur. Ayı hücumları nəticəsində həmin dövrdə azı üç nəfərin öldüyü bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Möminə Xatun” klubunun adı dəyişdirildi

Next Article

ABŞ-nin dövlət borcu tarixi həddə çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp İrana qarşı görünməmiş iqtisadi təcrid elan edib

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:26 1062 baxış ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni və sərt iqtisadi tədbirlərin başlanacağını açıqlayıb. Elpress.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada İranın razılaşma əldə […]

G7 qlobal böhranlara və müharibələrə qarşı!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:39 1126 baxış Fransanın Evian-le-Bən şəhərində start götürən G7 sammitində ittifaq liderləri ilə yanaşı, Braziliya, Hindistan, Cənubi Koreya, Keniya və Misir kimi dəvətli dövlətlərin rəhbərləri qlobal iqtisadi və geosiyasi […]

Tramp: Ukraynanın zərbələri Rusiyada dizel qıtlığı yaradıb

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:26 1076 baxış ABŞ Prezidenti Zelenskidən Rusiyada dizel yanacağı anbarlarına hücumları dayandırmağı tələb edib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyada dizel yanacağı anbarlarına zərbələr endirməsinin […]