--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

ABŞ-nin dövlət borcu tarixi həddə çatıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:19 1064 baxış

ABŞ-də dövlət borcunun ÜDM-ə nisbəti İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyəyə yüksəlib

Elpress.az xəbər verir ki, ABŞ-nin dövlət borcunun ölkənin ümumi daxili məhsuluna nisbəti yenidən 100 faizə yaxınlaşıb. Bu göstərici İkinci Dünya müharibəsindən sonrakı dövrdən bəri ən yüksək səviyyələrdən birinə çatıb.Tarixi məlumatlara görə, 1940-cı illərin əvvəllərində dövlət borcunun ÜDM-ə nisbəti təxminən 40 faiz təşkil edib. Müharibə xərclərinin artması nəticəsində göstərici 1945-1946-cı illərdə 100 faizdən yuxarı qalxaraq rekord səviyyəyə yüksəlib.Sonrakı illərdə iqtisadi artım və maliyyə intizamı fonunda borcun ÜDM-ə nisbəti əhəmiyyətli dərəcədə azalıb və 1970-ci illərin ortalarında 25 faizdən aşağı düşüb. 2008-ci il qlobal maliyyə böhranından sonra isə dövlət xərclərinin artması ilə borc göstəricisi yenidən yüksəlməyə başlayıb.COVID-19 pandemiyası dövründə həyata keçirilən genişmiqyaslı maliyyə tədbirləri də borcun artımını sürətləndirib. Nəticədə dövlət borcunun ÜDM-ə nisbəti 100 faizə yaxınlaşıb və cari ilin ilk rübündə də yüksək səviyyəsini qoruyub.ABŞ-də borcun artması qlobal maliyyə bazarlarına və ABŞ xəzinə istiqrazlarının gəlirliliyinə təzyiq yaradan əsas amillərdən biri olaraq qalır. Büdcə kəsirinin genişlənməsi və uzunmüddətli borclanma xərclərinin artması hökumətin borca xidmət xərclərini də yüksəldir.Maliyyə bazarları ABŞ-nin büdcə siyasətini və dövlət borcu limitinə dair müzakirələri diqqətlə izləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyada ayı hücumları artıb

Next Article

Şəkidə zipline qəzasında ölən Coşqunun toyuna günlər qalıbmış

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Birjada qaz ucuzlaşdı

Aysel Əlibəyli 08 İyun 2026 · 09:39 1128 baxış Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz fyuçersləri ucuzlaşıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, 2026-cı ilin iyul ayında tədarük olunacaq təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti […]

Qızılın qiyməti ucuzlaşıb

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:56 1148 baxış COMEX-də dekabr qızıl fyuçersləri 0,6 faiz, gümüş fyuçersləri 0,98 faiz geriləyib Elpress.az xəbər verir ki, Əmtəə bazarlarında qızılın qiymətində ucuzlaşma davam edib.Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı […]

Ezamiyyət qaydalarında dəyişiklik edildi

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 14:40 1080 baxış Elpress.az xəbər verir ki, Maliyyə Nazirliyinin Kollegiyası işçilərin ezamiyyətə göndərilməsi ilə bağlı mövcud qaydalara dəyişiklik edib. Yenilik 2012-ci il yanvarın 18-də təsdiqlənmiş **“İşçilərin Ezamiyyə Qaydaları”**na şamil […]

Sığorta sektorunun inkişafı müzakirə edilib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:44 1082 baxış Mərkəzi Bank sığorta xidmətlərinə çıxışın genişləndirilməsi məsələsini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında ölkənin sığorta bazarının inkişaf perspektivlərinə dair görüş keçirilib.Mərkəzi Bankın sədri […]