--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

2027-ci ilin sonuna 11 yeni enerji stansiyası şəbəkəyə qoşulacaq

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 12:46 1066 baxış

Elpress.az report-a istinaden xəbər verir ki, 2027-ci ilin sonunadək Azərbaycanda 11 yeni enerji stansiyasının elektrik şəbəkəsinə qoşulması gözlənilir.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev bildirib ki, həmin layihələrin ümumi gücü təxminən 2 giqavat olacaq.Onun sözlərinə görə, Biləsuvar Günəş Elektrik Stansiyasının ilin sonunadək şəbəkəyə qoşulması istiqamətində işlər intensiv davam etdirilir. Neftçala Günəş Elektrik Stansiyası üzrə layihənin isə gələn il tamamlanması planlaşdırılır.Bundan başqa, Naxçıvanda yerli şirkətlər tərəfindən iki enerji stansiyası inşa edilir. Cəbrayıl rayonunda isə hər birinin gücü 50 MVt olan iki günəş elektrik stansiyasında işlər davam etdirilir.

Cavid Abdullayev qeyd edib ki, bütün layihələrin nəzərdə tutulan qrafik üzrə həyata keçirilməsi Azərbaycanın bərpa olunan enerji potensialının artırılmasına və enerji sisteminin gücləndirilməsinə xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəblərin ətrafında nəzarət GÜCLƏNDİRİLİR

Next Article

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzər və Qara dəniz limanları əməkdaşlığı artırır

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:54 1062 baxış Bakı, Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbərləri görüşüb Elpress.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA Liman Rəhbərləri Konfransı çərçivəsində Xəzər […]

Azər Türk Bank qlobal bankçılıq sammitinə qatıldı

Aysel Əlibəyli 10 İyun 2026 · 16:51 1168 baxış Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” forumunda rəsmi tərəfdaş qismində iştirak edib. Elpress.az FED.az-a […]

2030-a qədər yeni meyvə bağları salınacaq

Aysel Əlibəyli 20 İyun 2026 · 19:12 1138 baxış Kənd Təsərrüfatı Nazirliyi 2030-cu ilə qədər intensiv meyvə bağlarının genişləndirilməsini planlaşdırır. 2030-cu ilədək Azərbaycanda yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Bu barədə kənd təsərrüfatı nazirinin […]

Heyvandarlığa Yeni Dövlət Dəstəyi Paketi Təsdiqləndi

Aysel Əlibəyli 12 İyun 2026 · 19:19 1168 baxış Yeni təsdiqlənən subsidiya qaydaları ilə heyvandarlıq istehsalçıları üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub. Göygöldə jurnalistlərə açıqlama verən kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, […]