--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Şahin Diniyev: “Vestri” ilə oyun “Qarabağ” üçün rahat keçəcək

Aysel Əlibəyli 09 İyul 2026 · 15:35 1034 baxış

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın UEFA Avropa Liqasında İslandiyanın “Vestri” klubuna qarşı keçiriləcək oyunda aşkar favorit olduğunu bildirib.

Elpress.az xəbər verir ki, Şahin Diniyev “Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” ilə keçirəcəyi qarşılaşmanı dəyərləndirərək Ağdam təmsilçisinin həm heyət, həm də oyun keyfiyyəti baxımından rəqibini üstələdiyini deyib. Onun sözlərinə görə, bu görüş “Qarabağ” üçün bəlkə də avrokuboklardakı ən rahat matçlardan biri olacaq.Təcrübəli mütəxəssis hesab edir ki, “Qarabağ” ilk oyunda cütün taleyini böyük ölçüdə həll edə bilər. O vurğulayıb ki, İslandiya təmsilçisi ölkəsinin aparıcı komandalarından sayılmır və bu baxımdan Azərbaycan çempionu rəqibindən bir neçə addım öndədir.Diniyev əlavə edib ki, komandanın yeganə çətinliyi yeni transferlərin kollektivə tam uyğunlaşmaması ola bilər. Bunun müəyyən vaxt tələb etdiyini qeyd edən mütəxəssis bu amilin də “Qarabağ”ın üstünlüyünə ciddi təsir göstərməyəcəyini bildirib.Qeyd edək ki, Qarabağ FK ilə Vestri arasında keçiriləcək görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq. Oyunu moldovalı baş hakim Roman Jitari idarə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Next Article

Ramid Namazov: Həssas məlumatlar artıq ölkə daxilində emal olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Almaniyada 4 futbolçu penalti vurmaqdan imtina etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:44 1036 baxış Almaniya millisinin DÇ-2026-dakı mübarizəsi zamanı yaşanan penaltilər seriyasında gözlənilməz məqam yaşanıb. Komandanın bir neçə futbolçusu həlledici zərbəni yerinə yetirmək məsuliyyətini üzərinə götürmək istəməyib. Elpress.az xəbər verir […]

“Hər şeyi etdik, yalnız qol çatmadı”

Aysel Əlibəyli 14 İyun 2026 · 10:42 1060 baxış Türkiyə millisinin baş məşqçisi Montella Avstraliya məğlubiyyətindən sonra açıqlama verib Montella: “Hər şeyi sınadıq, sadəcə qol çatışmadı” – Türkiyə millisinin baş məşqçisi məğlubiyyətdən sonra açıqlama verdiTürkiyə […]

Son qarşılaşmada Neftçi meydandan qələbə ilə ayrıldı.

Aysel Əlibəyli 23 May 2026 · 19:08 1083 baxış Neftçi Misli Premyer Liqasında mövsümün son – XXXIII turunda meydana çıxıb. Elpress.az-ın Qafqazinfo-a istinadən yaydığı məlumata görə, UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin edən “ağ-qaralar” səfərdə […]

“Neftçi” Cordan Rezabala ilə yollarını ayırıb

Aysel Əlibəyli 19 İyun 2026 · 20:46 1120 baxış “Neftçi” futbol klubu ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala ilə vidalaşıb. Elpress.az xəbər verir ki, Bakı təmsilçisindən bildirilib ki, futbolçu ötən ilin yayında transfer olunub və bu müddətdə […]