--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Qarabağ”ın Avrokubok macərası başa çatdı

Aysel Əlibəyli 28 Avqust 2026 · 09:07 1064 baxış

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni dayandırıb.

Elpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi cavab qarşılaşmasında Niderlandın “Tvente” klubunu qəbul edib.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçın əsas vaxtı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəldiyi üçün komandalar əlavə vaxta yollanıb.Əlavə vaxtda “Tvente” daha iki dəfə fərqlənib. 94-cü dəqiqədə Vaut Veahorst, 115-ci dəqiqədə isə Yunes Taha hesabı dəyişib. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq “Qarabağ”ı azlıqda qoyub.Nəticədə “Tvente” 4:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib.Beləliklə, ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində iştirak edən “Qarabağ”ın bu seriyası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti elan edib

Next Article

Bakıda güclü külək “sellofan burulğanı” yaradıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Möminə Xatun” klubunun adı dəyişdirildi

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:10 1054 baxış Naxçıvanın qadın voleybol komandası yeni mövsümdən “Naxçıvan” adı ilə çıxış edəcək Elpress.az xəbər verir ki, Naxçıvanı qadın voleybolunda təmsil edən “Möminə Xatun” klubunun adı dəyişdirilib. Komanda […]

“Zirə” braziliyalı qapıçı ilə müqavilə imzaladı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:08 1134 baxış “Zirə” heyətini braziliyalı qapıçı Maykon Kleytonla gücləndirib. Azərbaycanın “Zirə” futbol klubu yeni transferini açıqlayıb. Komanda braziliyalı qapıçı Maykon Kleytonu heyətinə cəlb edib.27 yaşlı qolkiperlə 2 illik […]

“Medalımı atama həsr etdim”“

Aysel Əlibəyli 24 May 2026 · 20:48 1129 baxış “Qızıl medal qazanmaq ən böyük arzum idi. Bu uğurumu şəhid atama həsr edirəm”, – deyə şəhid qızı bildirib. Xəbər verdiyimiz kimi, Azərbaycanın karateçisi Mədinə Sadıqova Almaniyanın […]

Ronaldo Neveşi müdafiə etdi: “Onlara ömürlük qadağa qoyulsun”

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 19:17 1078 baxış Elpress.az xəbər verir ki, Kriştianu Ronaldo “Əl-Taavun” azarkeşlərinin “Əl-Hilal”ın futbolçusu Ruben Neveşə qarşı təxribat xarakterli davranışına sərt reaksiya verib. Portuqaliyalı ulduz Səudiyyə Pro Liqası rəhbərliyini həmin […]