--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

İkiqat çempionlar azarkeşlərlə görüşdü

Aysel Əlibəyli 11 İyun 2026 · 19:02 66 baxış

Minifutbol üzrə Avropa çempionatında növbəti qələbə ilə vətənə dönən milli komandamızın üzvləri sponsorları ilə birlikdə “Abşeron” Ticarət Mərkəzinin qonağı olublar.

İkiqat qitə çempionu olan milli komandamız “Abşeron” Ticarət Mərkəzində səmimi və qürurverici bir qarşılanma ilə qəbul olunub. Komanda üzvləri səhər saatlarında mərkəzin direktoru Araz Rəhimov tərəfindən xüsusi təşkil edilmiş səhər yeməyində qarşılanaraq səmimi söhbət mühitində təbrik ediliblər. Direktor idmançılarımızı qazandıqları parlaq qələbəyə görə ürəkdən təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb və bu nailiyyətin ölkə idmanı üçün böyük dəyər daşıdığını vurğulayıb.Daha sonra tədbir azarkeşlərlə görüş formatında davam edib. Futbolçular fanatlarla bir araya gələrək xüsusi hazırlanmış milli komanda formalarını imzalayıblar, onlara xoş xatirə üçün avtoqraflar veriblər və səmimi söhbətlər ediblər. Azarkeşlər isə çempionlarla şəkil çəkdirmək, onların uğur hekayələrini dinləmək və bu tarixi anı yaxından yaşamaq imkanı əldə ediblər.Qeyd edək ki, “Abşeron” Ticarət Mərkəzi minifutbol üzrə Azərbaycan milli komandasının əsas sponsorlarından biri olaraq qalır və ölkəmizə böyük sevinc yaşadan idmançılara dəstəyini ardıcıl şəkildə davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Kitabxanada dil və kimlik mövzusunda seminar

Next Article

Ukrayna Kramatorskdakı zavodları təxliyə edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli komandamız finalda! 🏆

Aysel Əlibəyli 12 İyun 2026 · 19:35 56 baxış Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının yarımfinalında Azərbaycan və Uruqvay milli komandaları üz-üzə gəlib. 🐎🇦🇿 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Böyük maraqla izlənilən yarımfinal […]

Mərakeş millisi Fransa oyununa ciddi itki ilə çıxacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:19 18 baxış Ismael Saibari zədə səbəbindən Mərakeş millisinin Fransa ilə keçirəcəyi dünya çempionatının 1/4 final oyununda iştirak etməyəcək. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Mərakeş millisi DÇ-2026-nın 1/4 […]

“Medalımı atama həsr etdim”“

Aysel Əlibəyli 24 May 2026 · 20:48 67 baxış “Qızıl medal qazanmaq ən böyük arzum idi. Bu uğurumu şəhid atama həsr edirəm”, – deyə şəhid qızı bildirib. Xəbər verdiyimiz kimi, Azərbaycanın karateçisi Mədinə Sadıqova Almaniyanın […]

Türkiyədən 16 dəqiqəyə 2 qol

Aysel Əlibəyli 01 İyun 2026 · 22:07 90 baxış DÇ-2026-ya hazırlığını davam etdirən Türkiyə milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq. Elpress.az- ın Qafqazinfo-ya istinadən xəbər verirki , “ay-ulduzlular” İstanbulda Şimali Makedoniya yığması ilə […]