--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

DÇ-2026: İngiltərənin qələbəsi iğtişaşlara səbəb oldu

Aysel Əlibəyli 14 İyul 2026 · 00:48 1049 baxış

İngiltərə millisinin 2026-cı il dünya çempionatının 1/4 finalında Norveçi əlavə vaxtda 2:1 hesabı ilə məğlub etməsindən sonra Böyük Britaniyada kütləvi iğtişaşlar baş verib.

Elpress.az xəbər verir ki, polis məlumatına əsasən, həftəsonu ərzində futbol qarşılaşmaları ilə əlaqəli 500-dən çox insident qeydə alınıb, 100-dən artıq şəxs saxlanılıb.

Məlumata görə, qarşılaşmanın keçirildiyi ABŞ-ın Mayami şəhərində bayram ab-havası hökm sürsə də, Böyük Britaniyada bəzi publarda iş saatlarının uzadılması gərginliyi daha da artırıb.

İngiltərə Futbol Polis Birliyinin (UKFPU) rəhbəri Mark Roberts yerli azarkeşlərin davranışını tənqid edərək, onları ABŞ-dakı futbolsevərlərin nizam-intizamından nümunə götürməyə çağırıb.

Bu arada, İngiltərənin Argentina ilə keçirəcəyi yarımfinal oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib. Matça ev sahibliyi edəcək Atlanta şəhərində polis əlavə qüvvələr cəlb edərək genişmiqyaslı təhlükəsizlik planını işə salıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampın xalqa müraciət edəcəyi vaxt açıqlanıb

Next Article

Bakı–Şamaxı yolunda təhlükəli çökmə – sürücülərə xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Medalımı atama həsr etdim”“

Aysel Əlibəyli 24 May 2026 · 20:48 1083 baxış “Qızıl medal qazanmaq ən böyük arzum idi. Bu uğurumu şəhid atama həsr edirəm”, – deyə şəhid qızı bildirib. Xəbər verdiyimiz kimi, Azərbaycanın karateçisi Mədinə Sadıqova Almaniyanın […]

Kubokda mövsümün həlledici oyunu

Elşən 22 May 2026 · 11:23 1086 baxış Ziraat Türkiyə Kuboku finalına yüksələn iki komanda – Trabzonspor və Konyaspor – mövsümün ən vacib kuboku uğrunda üz-üzə gələcək. Matçın qalibi Türkiyə Kubokunu qazanacaq və Avropa turnirlərinə […]