--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Basketbol millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:51 1046 baxış

Azərbaycanın kişi basketbol millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb və İrlandiyaya məğlub olub.

Elpress.az xəbər verir ki, kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma VI tur çərçivəsində Bakıda İrlandiya millisini qəbul edib.Bakı İdman Sarayında baş tutan qarşılaşma qonaq komandanın 76:70 hesablı qələbəsi ilə başa çatıb. Gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan millisi rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib.Bu nəticə ilə Azərbaycan yığması 2029-cu il Avropa çempionatının növbəti seçmə mərhələsinə vəsiqə qazanmaq şansını itirib və mübarizəni ilkin mərhələdə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İflas edən aviaşirkətin təyyarələri səhrada saxlanılır

Next Article

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Fənərbaxça” Mert Hakanla müqaviləni yenilədi

Aysel Əlibəyli 05 İyul 2026 · 20:05 1030 baxış “Fənərbaxça” klubu komandanın kapitanlarından Mert Hakan Yandaşın müqavilə müddətini daha bir il uzadıb. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin “Fənərbaxça” klubu kapitanlarından biri olan Mert […]

İkiqat çempionlar azarkeşlərlə görüşdü

Aysel Əlibəyli 11 İyun 2026 · 19:02 1068 baxış Minifutbol üzrə Avropa çempionatında növbəti qələbə ilə vətənə dönən milli komandamızın üzvləri sponsorları ilə birlikdə “Abşeron” Ticarət Mərkəzinin qonağı olublar. İkiqat qitə çempionu olan milli komandamız […]

“Sabah” Çempionlar Liqasında qələbə ilə başladı

Aysel Əlibəyli 21 İyul 2026 · 22:58 1016 baxış Elpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “KuPS” klubunu minimal hesabla məğlub edib. Bakıda keçirilən qarşılaşmada yeganə […]