--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan voleybolçuları Latviyada bürünc medal qazandı

Aysel Əlibəyli 12 İyul 2026 · 21:56 1036 baxış

Azərbaycanın 20 yaşadək çimərlik voleybolu üzrə oğlanlardan ibarət komandası Latviyada keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıb.

Elpress.az xəbər verir ki , Latviyanın paytaxtı Riqada təşkil olunan Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının mübarizəsinə yekun vurulub.Azərbaycan turnirdə həm oğlan, həm də qız komandaları ilə təmsil olunub. Oğlanların yarışında İbrahim Məmmədov və Məhəmməd Aslanlıdan ibarət cütlük 34 komanda arasında uğurlu çıxış edərək bürünc medal qazanıb.Təmsilçilərimiz üçüncü yer uğrunda keçirilən görüşdə Latviya yığmasını 2:1 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.Qızların yarışında isə Səbinə Əlizadə və Leyla Əliyevadan ibarət Azərbaycan cütlüyü 27 komanda arasında mübarizə apararaq turniri 12-ci pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq etdi

Next Article

Fransada silah arsenalı aşkarlanıb, terror istintaqına başlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Beşiktaş” Trossard transferində sona çatdı

Aysel Əlibəyli 12 İyul 2026 · 21:35 1040 baxış Türkiyənin “Beşiktaş” klubu Belçika millisinin üzvü Leandro Trossardın transferini yekunlaşdırmağa yaxındır. Elpress.az xəbər verir ki, “Beşiktaş” İngiltərənin “Arsenal” klubunda çıxış edən Leandro Trossardın transferi istiqamətində mühüm […]

Türkiyə yarımfinala yüksəldi

Aysel Əlibəyli 23 İyul 2026 · 17:00 1024 baxış Türkiyə qadın voleybolçulardan ibarət milli komandası 2026-cı il Millətlər Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Elpress.az xəbər verir ki, türkiyəli voleybolçular 1/4 final qarşılaşmasında Kanada yığmasını 3:1 […]

Elvindən növbəti atmaca

Aysel Əlibəyli 07 İyun 2026 · 20:42 1090 baxış İntizamsız davranışa görə “Qarabağ”ın əsas komandasında yer almayan Elvin Cəfərquliyev uzun müddətdən sonra sosial şəbəkə hesabında paylaşım edib. Elpress.az xəbər verir ki, Hazırda Azərbaycan millisinin düşərgəsində […]