--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Fransada silah arsenalı aşkarlanıb, terror istintaqına başlanılıb

Aysel Əlibəyli 12 İyul 2026 · 22:00 1082 baxış

Fransanın paytaxtı Paris yaxınlığında silahlarla dolu avtomobilin aşkar edilməsindən sonra ölkədə terrorla bağlı genişmiqyaslı istintaq başladılıb.

Elpress.az xəbər verir ki , Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) Parisin şimal ətrafında yerləşən Sarsel kommunasında silahlarla dolu avtomobilin tapılması ilə bağlı istintaqı öz icraatına götürüb.Hadisənin şənbə axşamı baş verdiyi bildirilir. Yerli KİV-in məlumatına görə, avtomobil sinaqoqun yaxınlığında aşkarlanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində təxminən 300 nəfər sakin ehtiyat məqsədilə ərazidən təxliyə edilib.PNAT-ın açıqlamasına əsasən, iyulun 12-də terror məqsədilə ağır cinayətlərin hazırlanması üçün cinayətkar birliyin yaradılması, eləcə də terror fəaliyyəti ilə əlaqəli A və B kateqoriyalı silahların daşınması, saxlanılması və əldə edilməsi maddələri üzrə cinayət işi başlanılıb.Araşdırmaya Fransanın xüsusi xidmət və hüquq-mühafizə orqanları cəlb olunub. İstintaqda Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI), Antiterror Alt İdarəsi (SDAT), Milli Məhkəmə Polisi İdarəsi (DNPJ) və Val-d’Uaz departamentinin Departamentlərarası Milli Polis İdarəsi (DIPN) iştirak edir.Hazırda istintaq davam edir. Hadisənin motivləri və silahların kimə məxsus olduğu barədə rəsmi qurumlar əlavə məlumat açıqlamayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan voleybolçuları Latviyada bürünc medal qazandı

Next Article

Hazal Kaya və Ali Atay Amsterdamda yeni həyata başlayırlar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DÇ azarkeş zonasına atəş açıldı

Aysel Əlibəyli 29 İyun 2026 · 13:04 1160 baxış ABŞ-də dünya çempionatı həyəcanı faciə ilə bitdi: azarkeş zonasında atışma baş verdi Elpress.az-ın məlumatına əsasən, ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün yaradılan azarkeş zonasında atışma baş […]

Fransada təhsil böhranı: Makron təcili toplantı keçirəcək

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 20:30 1080 baxış Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları ölkə rəhbərliyinin gündəminə çıxıb. Elpress.az xəbər verir ki, prezident Emmanuel Makron yaranmış vəziyyəti müzakirə etmək üçün Yelisey sarayında hökumət […]

Rusiya İranın nüvə müqaviləsindən çıxmasını istəmir

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:25 1068 baxış Kreml Nüvə Silahlarının Yayılmaması Müqaviləsini nüvə silahlarının yayılmaması rejiminin əsasını hesab edir Elpress.az xəbər verir ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasına qarşıdır.Kremlin sözçüsü […]